Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Atasının doğum günündə ölümlə qisas aldı” - Ramzan Kadırovla bağlı MÜDHİŞ İDDİA

6-12-2019, 17:56   


“Atasının doğum günündə ölümlə qisas aldı” - Ramzan Kadırovla bağlı MÜDHİŞ İDDİA

Çeçenistan rəhbəri Ramzan Kadırov sabiq səhra komandiri Zəlimxan Xanqoşvilinin ölümündə şübhəli şəxs ola bilər. 

Cebhe.info xəbər verir ki, bunu Almaniyanın "Bild" nəşri yazıb. Nəşrin yazdığına görə, bu vasitə ilə Kadırov atasının intiqamını alıb.

Məqalə müəllifləri iddia edir ki, səhra komandiri Şamil Basayevin tərəfdarı olub və 23 avqustda Berlində öldürülüb. Onun ölüm günü Ramzan Kadırovun atası Əhməd Kadırovun doğum gününə təsadüf edir: "Əhməd Kadırov 2004-cü ilin mayında Qroznıda terrakt nəticəsində öldürülüb. Hadisəyə görə məsuliyyəti Şamil Basayev götürüb",- deyə məqalədə bildirilir.

Müəlliflər iddia edir ki, 15 il sonra Ramzan Kadırov atasının ölümünə görə qisas alıb: "Xanqoşvilini öldürən muzdlu qatilin adına verilən saxta pasportdakı soyad - Sokolov soyadı Çeçenistanda öldürülən rus kapitanın soyadı ilə eynidir".

“Bild” yazır ki, hazırda xüsusi xidmət orqanları Kadırov və Rusiya hərbi kəşfiyyatının (“QRU”) müxtəlif ölkələrə muzdlu qatillər göndərib-göndərmədiyini araşdırır. 

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar