Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNDƏ KADR DƏYİŞİKLİYİ - General vəzifədən azad edildi

10-12-2019, 14:16   


Fövqəladə Hallar Nazirliyində (FHN) kadr dəyişikliyi olub.

Modern.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəisi general-mayor Kənan Aşurlu vəzifəsindən azad edilib. Onun yerinə polkovnik Hikmət Abbasov təyin edilib.

Qeyd edək ki, H.Abbasov bu təyinatadək Bakı Regional Mərkəzinin rəis müavini vəzifəsində çalışıb.

FHN-dən təyinatı təsdiqləyiblər.

FHN-in Bakı Regional Mərkəzinin yeni rəisi H.Abbasov 23 dekabr 1969-cu ildə Naxçıvan şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetini bitirib.

azpolitika.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar