Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

"EUROHOME" QƏSDƏN YANDIRILIB, YOXSA...? - Bazarın bir hissəsinin söküləcəyi gözlənilirdi...

10-12-2019, 15:23   


Bu gün, dekabrın 10-da səhər saatlarında Binəqədi rayonunda, Zırdalan dairəsinin yaxınlığında yerləşən «EuroHome» tikinti materialları bazarı ərazisində güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) hadisə ilə bağlı günorta saatlarında yaydığı açıqlamada bildirilir ki, yanğın söndürülüb: "Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən 29 ədəd texnika və 150 nəfər canlı qüvvə, Xüsusi Riskli Xilasetmə Xidmətindən 16 ədəd texnika və 200 nəfər canlı qüvvə, Aviasiya dəstəsindən 3 ədəd helikopter və 1 ədəd “BE-200ÇS” tipli təyyarə, Mülki müdafiə qoşunlarından 3 ədəd texnika və 53 nəfər canlı qüvvə cəlb olunub. Soyutma işləri davam etdirilir. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub.

İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlaq satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir".

Sahibkarlar çıxılmaz durumdadırlar

«EuroHome» da yüzdən artıq mağaza külə dönüb, habelə ərazidə olan xeyli sayda avtomobilə də ciddi ziyan dəyib.



Sahibkarlar biri mətbuata deyib ki, mağazasında külli miqdarda yeni malları yanıb: «Məndə divar kağızı idi. 30 min manatlıq mal idi. Mağazanın təmirinə də 10 min manat vermişdim. Sənədlərim də mağazada idi. Hər şey yanıb kül oldu».

“EuroHome” tikinti materialları bazarında heç bir təhlükəsizlik siqnalı olmayıb”. Bunu isə “Report”un hadisə yerində olan əməkdaşına bazarda mağazası olan sahibkar Seymur Orucov deyib.

Sahibkarın sözlərinə görə, yanğın zamanı ona 150 minlik ziyan dəyib:“Səhər saat 9-a işləmiş xəbər tutduq ki, kafel-metlax satılan dükanlardan biri yanır. Yanğın da məhz oradan başlayıb”.

O qeyd edib ki, yanğın nəticəsində 100-dən çox mağazaya ziyan dəyib: “Bazarın yarısının, eləcə də özünün mağazasının sığortası olmayıb. Mağazamda 50-60 min manatlıq nisyə dəftərim də yandığına görə, kimdən nə qədər alacağımı bilmirəm”.



Sahibkarların nə qədər böyük zərərə düşməsi məlumdur, amma onun qarşılanması üçün hüquqi əsaslar olmalıdır. Ya mallar sığortalanmalıdır ki, yanğın və digər fəlakət olsa, əvəzi ödənilsin.

Ya da, dövlət ehtiyacları üçün satınalmadır. Bunun üçün də əvvəldən razılaşma olmalıdır və yanğın bura daxil deyil. Əgər sığorta və dövlət ehtiyacları üçün satınalma baş verməyibsə, kompenssiyadan söhbət gedə bilməz. Məsələ qalır hökumətin əlaçıqlığına.

Ekspert:"Rəsmi fəaliyyət yoxdursa, malların yanmasını sübut edə bilməzsən..."


İqtisadçı ekspert Qulu İbrahimli bildirir ki, rəsmi fəaliyyət yoxdursa, malların yanmasını sübut edə bilməzsən. Sahibkar da deyilsən.


""Eurohome" tikinti materialları bazarındakı yanğın rəsmi sahibkarlıq fəalliyyətinin, öz adına mal idxalının, alışının, vergi uçotunun və hesabatının, malların sığortasının bir daha necə vacib olduğunu ortaya qoyur"-deyə ekspert vurğulayıb.

Ekspert hadisənin qəsdən törədilməsini də sitisna etməyib: "Ticarət mərkəzlərində yanğını adətən ordakı sahbkarlardan hansısa biri qəsdən törədir. Rusiyadan gələn təcrübədir. Sahibkar xaricdən, bəzən də yerli bazardan nisyə aldıqları mala görə borclar xeyli şişəndən və malı satıb azaltdıqdan sonra həmin borcu ödəməmək üçün qəsdən öz obyektində, anbarında yanğın törədir. Guya, mallar yanıb, sata bilməyib. Nəticədə, həmin sahibkar başqasının pulunu belə mənimsəyir, bazardakı malları yanan digər günahsız başqa sahibkarlar bu əməldən zərər görərək məhv olur".

Bakı-Sumqayıt yolunun genişləndirilməsi layihəsi...

Xatırladaq ki, paytaxt və Sumqayıt arasında səhər və axşam saatlarında yaranan uzun tıxaclar ciddi narazılıq mənbəyidir. Problemin aradan qaldırılması üçün vətəndaşlar tərəfindən ölkə rəhbərliyinə və aidiyyatı qurumlara dəfələrlə müraciətlər ünvanlanıb.

Nəhayət, ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən, noyabrın 23-dən etibarən Bakı-Sumqayıt yolunun genişləndirilməsinə start verilib.

Layihə barədə mediaya məlumat verən Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirmişdi ki, bu yolda təmamilə maneəsiz hərəkət təşkil ediləcək: ""20 yanvar" körpüsündə hərəkətdə olan nəqliyyat vasitələri "Moskva" prospekti boyunca tunelə daxil olaraq heç bir maneə olmadan birbaşa Xırdalan tunelindən keçməklə Sumqayıt istiqamətinə hərəkət edə biləcəklər.

Bundan başqa Biləcəri, Xırdalan və Binəqədi istiqamətindən gələn nəqliyyat vasitələri əlavə zolaqlar vasitəsilə yeni tikilən tunelə daxil ola biləcəklər. Yol hər iki istiqamətə genişləndiriləcək. Sumqayıtdan Bakı istiqamətinə olan yolun iki zolaq genişləndirilməsi nəticəsində ərazidə olan "Ekologiya postu" köçürüləcək. 



Həmçinin yol genişləndirilərkən Bakı Beynəlxalq Avtovağzal Kompleksi və Atıcılıq Mərkəzinin yaxınlığından Xarici Dairəvi yolun altından keçməklə paytaxtın Şərifzadə küçəsinə çıxan yeni tunel tipli yol tikiləcək. Həmin tunel vasitəsilə nəqliyyat vasitələri Alatava istiqamətindən "20 yanvar" dairəsinə və Şərifzadə küçəsi ilə şəhərin digər istiqamətinə hərəkət edəcəklər".

A.Nəcəfli bildirib ki, yeni layihəyə əsasən həmçinin Xırdalan dairəsinin altından keçən tunel də genişləndiriləcək: "Həmin tuneldə hər iki istiqamətə yol zolaqları 2-dən 4-ə çatdırılacaq. Burada tıxacı azaltmaq üçün yeni tunellər tikiləcək, yol genişləndiriləcək. Zolaqlar dəmir maneələrlə ayrılacaq və sürücülər gedəcəyi istiqaməti əvvəlcədən seçməli olacaqlar".

Qeyd edək ki, layihə çərçivəsində yolun kənarında yerləşən ticarət obyektlərinin dövlət ehtiyacları üçün sökülməsi qaçılmaz idi. «EuroHome» tikinti materialları bazarının bir hissəsinin də bu məqsədlə söküləcəyi gözlənilirdi...

Bazar kim(lər)ə məxsus olub?

Mətbuatda yayılan məlumatlara görə, bazar məşhur iş adamı Ayaz Möhnətova məxsusdurƏvvəllər onun Bakı şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovun kimayəsi altında fəaliyyət göstərdiyi, hətta onlar şərik olduğu iddia edilirdi. Möhnətovun uzun illər ərzində Bakıda geniş tikinti biznesi ilə məşğul olması da Abutalıbovun himayəsi ilə bağlanırdı... 



Xatırladq ki, onun “Uğur-97” şirkəti Bakının mərkəzində çoxsaylı “lüks” sinif yaşayış binaları inşa edib. Belə ki, R. Behbudov küçəsində 9, 10, 16 və 18 mərtəbəli 3 bina, Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində 19 mərtəbəli bina bu şirkət tərəfindən tikilib. 

Sonradan isə Azay Möhnətovun Akif Çovdarov və Elçin Quliyevin himayəsi altına keçdiyi xəbəri yayıdı. Onların həbsindən sonra iş adamının kimin himayəsi altına keçdiyinə dair məlumat yoxdur.

Ancaq qeyd edək ki, Azay Möhnətov həmçinin AF Holdinq Şirkətlər Qrupunun və "Uğur-97" şirkətinin prezidentidir. Ayaz Möhnətovun aktivində kifayət qədər çox sayda tanınmış obyekt, o cümlədən məşhur AF Mall və AF Hotel & Aqua Park var.

“EuroHome” ticarət mərkəzi isə 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi 5 hektar ərazidə tikilib. Bazarın yerləşdiyi ərazi əvvəllər «Azərxariciyol» MMC-yə məxsus olub.

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar