Ana səhifə

Deputat seçkisi: Kimə “yaşıl işıq”, kimə qadağa? - QANUNDAN ÇIXARIŞ

    Tarix: 10-12-2019 15:33   


Deputat seçkisi: Kimə “yaşıl işıq”, kimə qadağa? - QANUNDAN ÇIXARIŞ

2020-ci ilin 9 fevralında Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 

Artıq artıq bəzi siyasi partiyalar, fərdi olaraq namizədlik irəli sürmək istəyənlər hazırlıq proseslərinə başlayırlar. Azərbaycan qanunvericiliyində deputat olmaqla bağlı Konstitusiyanın müəyyən etdiyi normalar var. 

Kimlər deputat ola bilər?

Yaxud kimlərin deputat seçilməsi qadağandır. Konstitusiyaya görə, Azərbaycan Respublikasının seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.

Seçki dairəsi üzrə namizədləri siyasi partiyalar, siyasi partiyaların blokları, həmin seçki dairəsində daimi yaşayan, seçki hüququ olan Azərbaycan Respublikasının vətəndaşları deputatlığa namizədliyini irəli sürə bilərlər. 

Bəs kimlər deputat seçilə bilməz? 

İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər deputatlığa namizədliklərini irəli sürə bilməzlər. Konstitusiyanın digər tələbinə görə şəxsin haqqında azadlıqdan məhrum edilməklə bağlı məhkəmə qərarı varsa, şəxs təqsirləndirilirsə və haqqında istintaq gedirsə, bu zaman onun deputatlığa namizədliyini irəli sürməyində heç bir problem yoxdur. 

Amma burada yeganə şərt ondan ibarətdir ki, həmin şəxs məhkum olunmasın və cəza çəkməsin. Keçmiş məhkumlar isə deputatlığa namizədliyini irəli sürə bilər. İrəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək DSK-lara seçki sənədlərini təqdim etməlidir. Seçki Məcəlləsinə görə namizəd olan şəxs namizədliyini irəli sürdüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzasını toplamalıdır. Seçici imzalarını 18 yaşına çatmış aktiv seçki hüququ olan vətəndaş toplaya bilər. Seçki qanunvericiliyində namizədlikdən imtina olunma məsələsi də yer alır. Belə ki, qeydə alınmış namizəd səsverməyə azı 10 gün qalmış müvafiq seçki komissiyasına yazılı ərizə ilə müraciət edərək namizədliyini geri götürə bilər. Şəxsin namizədlik statusundan imtina edilməsi barədə müraciətinə 1 gün müddətində baxılır. Həmçinin, siyasi partiya və siyasi partiyaların bloku səsvermə gününə ən geci 10 gün qalmış istənilən vaxt müvafiq dairə seçki komissiyasına yazılı ərizə verərək, birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədini, qeydə alınmış namizədini geri çağıra bilər. 

Alçina Amilqızı
Cebhe.info


шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net