Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Həkimlərə inamı itənlərin fikrini onlar dəyişə bilər – Azərbaycan da Türkiyənin yolu ilə gedəcək?

11-12-2019, 13:08   

Hazırda dünyanın bir sıra ölkələrində – Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ və Çində həkim robotlar fəaliyyət göstərir. Gələn ildən etibarən isə qonşu ölkə Türkiyədə də xəstələri robotlar müalicə edəcək. Bununla bağlı Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, ilk belə müayinə 2020-ci ildə gerçəkləşəcək.

Bəs həkimlərə inamın az olduğu ölkəmizdə də sağlamlığımızı robotlara əmanət edəcəyimiz günlər yaxındadırmı?

Bu barədə suallarımızı cavablandıran professor Adil Qeybulla “Yeni Sabah”a bildirib ki, bunun üçün əvvəlcə səhiyyədə dünya standartlarına tam nail olmaq lazımdır:

“Azərbaycanın Türkiyənin yerişini yeriməsi üçün xeyli zaman lazımdır. Bizim səhiyyəmiz əvvəlcə dünya standartlarına uyğunlaşmalıdır ki, belə yeniliklər edə bilsin. Bizdə hələ heç robot cərrahlıq, icbari tibbi sığorta belə formalaşmayıb. Azərbaycanda hələ Qərb səviyyəsi yaradılmayıb. Belə vəziyyətdə başqa bir ölkənin təcrübəsinin bizə gətirilməsi doğru olmaz”.

Həkimin sözlərinə görə, robotların Azərbaycan səhiyyəsində söz sahibi olması ancaq uzaq gələcəkdə baş verə bilər:

“Bir vaxtlar təsəvvür edə bilməzdik ki, xəstəni robot əməliyyat edəcək. Ancaq belə görünür ki, gələcəkdə birbaşa əməliyyatlar da proqramlaşdırılacaq. Yəqin ki, ayrı-ayrı standart əməliyyatlar proqram vasitəsilə icra olunacaq. Bu texnologiyalar illər ötdükcə çox sürətlə dəyişir. Məsələn, rəqəmsal texnologiya bütövlükdə dünyanı dəyişdi. İndi artıq nanotexnologiya inkişaf edir. Düşünürəm ki, bu texnologiya dünyayı tamamilə dəyişəcək. Bu gün həkim robotlar ortaya çıxıbsa, deməli artıq bunun məqsədəuyğunluğu sübuta yetirilib”.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar