Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ReAl Cümhuriyyətçilər İttifaqı yaradıldı

11-12-2019, 17:54   


ReAl Cümhuriyyətçilər İttifaqı yaradıldı

11-12-2019 17:48 / Bu xəbər 19 dəfə oxundu

ReAL Partiyası növbədənkənar parlament seçkilərinə koalisiya şəklində gedəcək.

Bu barədə Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu məqsədlə ReAl Cümhuriyyətçilər İttifaqı yaradılıb: "Blokda ReAl Partiyasının üzvləri və müstəqil namizədlər təmsil olunacaq. Parlamentə seçildikləri təqdirdə isə eyni adlı blok şəklində fəaliyyət göstərəcəklər”.

İ.Məmmədov "Başqa partiyalar ReAl Cümhuriyyətçilər İttifaqına qoşacaqmı” sualına cavabında deyib ki, onların mövqelərini dəstəkləyən qurumlar, təşkilatlar qoşulmaq istəsə, bu məsələyə baxılacaq və müvafiq qərar qəbul ediləcək.
 
Parlament hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə buraxılıb. 

Növbədənkənar seçkilər fevralın 9-na təyin edilib. 

Müsavat, REAL, Ümid partiyaları seçkilərdə iştirak etmək barədə qərar qəbul ediblər.

AXCP və Demokratik Qüvvələrin Milli Şurası seçkini boykot etmək barədə qərar qəbul edib.///apa.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar