Ana səhifə

Əmircanda bələdiyyə sədrinin özü və bütün ailə üzvləri seçkilərdə namizəddir - OĞLU, QIZI, 2 QARDAŞI, 2 BACISI, 2 QOHUMU...

    Tarix: 12-12-2019 14:34   


Əmircanda bələdiyyə sədrinin özü və bütün ailə üzvləri seçkilərdə namizəddir - OĞLU, QIZI, 2 QARDAŞI, 2 BACISI, 2 QOHUMU...


Azərbaycanda elan edilmiş növbədənkənar parlament seçkiləri bir neçə gün sonra-dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərini kölgədə qoyub. Lakin ictimaiyyətin yeni parlamentin mümkün gələcək tərkibini müzakirə etdiyi bir vaxtda Bakıda bir ailə var ki, bütün diqqətini bələdiyyə seçkilərinə yönəldib və həmin seçkilərə hazırlaşmaqdadır. Üstəlik bütün ailə üzvləri ilə birlikdə, əsaslı şəkildə... 

Sosial şəbəkələrdə yayılmış məlumatlara əsasən Əmircan bələdiyyəsinin sədri, YAP üzvü Rafael Cəfərov bələdiyyə seçkilərində ailə üzvlərindən və yaxın qohumlarından ibarət 8 namizəd irəli sürüb. Yəni potensial olaraq Əmircan bələdiyyəsinin yeni tərkibi ancaq Cəfərovun ailə üzvlərindən formalaşa, yəni bir növ "ailə bələdiyyəsinə” çevrilə bilər.
Beləliklə, üçüncü Suraxanı seçki dairəsindən bələdiyyə üzvlərinə namizəd kimi Rafel Cəfərov özü, onun qızı, oğlu, iki bacısı, iki qardaşı və iki yaxın qohumu qeydə alınıb. Yəni Rafael Cəfərov öz rəqiblərinə heç bir şans buraxmır. Namizədlər siyahısında hara baxsan ancaq Cəfərovları görərsən...
criminal.az
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net