Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Britaniya qırıcısı Rusiya aviabazasına yaxınlaşdı, S-400 işə salındı

13-12-2019, 10:15   
 

Bir neçə həftə əvvəl Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin “Eurofighter Typhoon” qırıcısı Rusiyanın Suriyadakı Hmeymim aviabazasına “yolverilməz həddə” yaxınlaşıb. Nəticədə Rusiya bazanı qoruyan S-400 “Triumf” zenit-raket kompleksini döyüşə ən yüksək hazırlıq vəziyyətiə gətirib. Bu o deməkdir ki, hər an təyyarəyə atəş açıla bilərdi.


Virtualaz.org xəbər verir ki, insident haqda İsrailin “Nziv” nəşri yazır.  Bildirilir ki, S-400 komplekslərinin adətən pasiv rejimdə işləyən radarları qəfildən aktivləşib və həmin vaxt İsrailin radioelektron kəşfiyyat təyyarəsi bunu qeydə alıb.

“Noyabrın 22-də Britaniya HHQ-nin “Eurofighter Typhoon” qırıcısı yolverilməz həddə “Hmemim” aviabazasına yaxınlaşıb. Nəticədə Rusiya Hava Hücumundan Müdafiə sistemləri döyüş hazırlığı vəziyyətinə gətirilib, təyyarənin koordinatları və hansı tip qurğuları işə saldığı qeydə alınıb”,-məlumatda bildirilir.

Britaniya qırcısının Suriya hava məkanına daxil olub-olmadığı haqda heç nə deyilmir, amma ehtimal edilir ki, təyyarə Rusiya bazasından bir neçə saniyəlik uçuş məsafəsində olub.

virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar