Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qabil Əsədov özbək qadını ələ keçirmək üçün onun ərinin qətlini sifariş verdi - ZİLOLA ƏRİNİ BASDIRIB QAYITDI, ƏSƏDOVLA YAŞAMAĞA BAŞLADI... FOTO

13-12-2019, 17:15   


Qabil Əsədov özbək qadını ələ keçirmək üçün onun ərinin qətlini sifariş verdi - ZİLOLA ƏRİNİ BASDIRIB QAYITDI, ƏSƏDOVLA YAŞAMAĞA BAŞLADI...

Rusiyanın Sankt-Peterburq şəhər məhkəməsinə 50 yaşlı Azərbaycan vətəndaşı Qabil Əsədovun barəsindəki cinayət işi yenidən baxılmaq üçün geri göndərilib. Bir neçə cinayətlərə görə artıq həbs edilmiş, barəsində 11 il həbs cəzası verilmiş Qabil Əsədov qətl sifariş verməkdə ittiham olunur.
O, Sankt-Peterburqda "Volna” adlı kafenin sahibi olub və bu şəhərdə fəaliyyət göstərən iri azərbaycanlı biznesmen-mafioz, "Tülpan İlham” kimi tanınan milyarder İlham Əliyevin (hazırda həbsdədir) qruplaşmasının üzvüdür. İstintaqın versiyasına görə Qabil Əsədov onun kafesində aşbaz işləyən özbək qadını ələ keçirmək üçün ərini killerlərin köməyi ilə aradan götürüb. Qətli icra edən killerlər də azərbaycanlılar olub. 

"Tülpan İlham"
35 yaşlı Özbəkistan vətəndaşı İlxomjonun meyiti 2012-ci il iyulun 29-da onun arvadı ilə birlikdə kirayə yaşadıqları evin həyətində aşkar edilib. Cinayət bir neçə il açılmamış qalıb, nəhayət Özbəkistan vətəndaşını öldürülməsi planında yer alan, amma son anda hücumda iştirakdan imtina edən şəxs killerlərin və sifarişçinin kimliyini əməliyyatçılara deyib.
Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə Baş İstintaq İdarəsinin araşdırdığı cinayət işinin materialları ilk dəfə 2019-cu ilin avqustunda məhkəməyə göndərilib. Lakin müdafiə tərəfi işin yenidən prokurora qaytarılması haqda vəsadət qaldırıb, bunu belə əsaslandırıb ki, ittiham aktı guya Qabil Əsədovun anlamadığı Azərbaycan dilində yazılıb. Və müstəntiqlər qısa müddət ərzində biznesmenə bu dəfə kirill əlifbası ilə tərtib edilmiş mətni təqdim ediblər, amma məhkəmə hər halda müdafiə tərəfinin vəsadətini təmin edib. 

İş ittiham aktının yenidən hazırlanması üçün prokurorluğa qaytarılıb və indi prokurorluq tələbi yerinə yetirərək işi məhkəməyə təkrar göndərib. Dindirmə zamanı Qabil Əsədov Zilola adlı aşbaz qadını "sevdiyini” təsdiq edib. Amma deyib ki, bu sevgi qadın dul qalandan sonra başlayıb. Və Əsədov onun ərinin öldürülməsini sifariş vermədiyini bildirib.
Qabil Əsədov 2016-cı ildə sifarişli qətllərdə, sui-qəsddə və digər cinayətlərdə təqsirli bilinən azərbaycanlı qruplaşma üzvlərindən biridir. Onunla birlikdə "Çinar” restoranlar şəbəkəsinin sahibi olan və "restoranlar kralı” kimi tanınan İlham Əliyev də mühakimə olunub. 2012-ci il iyulun 29-da sakinlər Zilolanın əri, 35 yaşlı İlxomjonun başı partlamış halda meyitini aşkar ediblər.
Qadının ifadəsinə əsasən avtomobili ilə "xaltura” edən əri həmin gecə müştəri dalınca getmişdi. Bir müddət sonra ona zəng vurub, amma telefona cavab verməyib. Ertəsi gün onun öldürüldüyünü bilib. Sakinlərdən biri isə deyib ki, qətldən az əvvəl həyətdə VAZ-2112 avtomobilinin dolaşdığını görüb, avtomobilin faralarından biri işləmirmiş və onun görüntüləri domofon kamerasında qeydə alınıb. 

İstintaq İdarəsinin müstəntiqi Aleksandr Parfyonov deyir ki, istintaq qətldən əvvəl Qabil Əsədovun İlxomjona zəng vurduğunu müəyyən edib. 20 saniyəlik söhbətdən sonra İlxomjon evdən çıxıb və onu döyərək öldürüblər.
Qabil Əsədov isə İlxomjonla həmin söhbətin "işgüzar mahiyyət daşıdığını” deyib və bildirib ki, həmin adamla tez-tez zəngləşirdi. Lakin istintaq bunu təsdiq etməyib. 2017-ci ildə "Tülpan İlham”ın qanlı cinayətlərinin iştirakçılarından biri, bu cinayət üzrə gizli şahid hər şeyi açıb və danışıb ki, özbəkistanlı taksi sürücüsünün qətlini 200 min rubla Qabil Əsədov sifariş vermişdi. 

O, killerlərə qurbanın fotosunu göstərib və hətta qatilləri özbəkistanlı ailənin yaşadığı binanın yanına gətirib. Həmin mənzili Əsədov tanıyırdı, çünki kafesində aşbaz işləyən qadına mənzili kirayə tutmaqda kömək etmişdi. Killerlər həmn VAZ-2112 avtomobilində gediblər və tezliklə Əsədov onlardan birinə zəng vurub, "obyektin” indi küçəyə çıxacağını deyib. Gizli şahid deyib ki, o özü də həmin maşında olub və qətldə iştirak etməliydi. Amma son anda əlini qana bulamaq istəməyib və tanışı Elçin Çobanov (hazırda axtarışdadır) özü "məsələni həll edəcəyini” deyib.
Şahid bildirib ki, maşından düşüb baxanda Elçinin beysbol bitası ilə yerdə uzanmış adamı döydüyünü görüb. Qətli həyata keçirəndən sonra onlar "Volna” kafesinə gediblər və Qabil Əsədovdan vəd olunmuş qonorarı alıblar.
İstintaq müəyyən edib ki, qətldən sonra sifarişçi dul qalan Zilolaya kömək edib, ərinin meyitini dəfn olunmaq üçün Özbəkistana göndərib. Hətta özü də Zilola ilə birlikdə yasa gedib. Dəfndən bir neçə ay sonra Zilola yenidən Sankt-Peterburqa qayıdıb və...işlədiyi kafenin sahibi ilə onun mənzilində birgə yaşamağa başlayıb.
criminal.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar