Ana səhifə

MALİYYƏ PALATASININ 200 PEŞƏKAR KADRININ TALEYİ NECƏ OLACAQ? - Mərkəzi Bankdan açıqlama

    Tarix: 14-12-2019 10:38   


Noyabr ayının 23-də Prezident İlham Əliyevin sərəncamı ilə ləğv olunaraq Mərkəzi Banka birləşdirilən Maliyyə Bazarlarına Nəzarət Palatasında təhvil-təslim işləri aparılır. Palatanın səlahiyyətləri Bankda yeni formalaşdırılan strukturlara inteqrasiya olunur, habelə əmlakı və inventarlaı siyahıya alınır.

Prezidentin müvafiq sərəncamında bildirilirdi ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habeləəmlakı Mərkəzi Bankına veriləcək.

Xatırladaq ki, Palata 3 fevral 2016-cu ildə Prezidentin fərmanı ilə yaradılıb və ona geniş səlahiyyətlər verilmişdi. Qurumun qarşısında qoyulan əsas vəzifə devalvasiyadan sonra bank sektorunda yaranmış dərin böhranın aradan qaldırılması, kommersiya qurumlarının sağlamlaşdırılması, vaxtı keçmiş kreditlərin geri qaytarılması, habelə əmanətçilərin bağlanan banklarda qalan depozitlərinin ödənilməsi, istehlak, biznes kreditlərinin verilməsində yol verilmiş nöqsanların aradan qaldırılmasından ibarət idi.

Palatanın fəaliyyətinin təşkilinə zamanla 200-dən artıq peşəkar kadrlar cəlb olunub. Onların əksəriyyəti Avropa və Amerikanın nüfuzlu ali məktəblərinin məzunları, bank və maliyyə sektorununda kareyra qurmuş mütəxəssislər idi.

Palatanın ləğv olunması ilə onların peşəkar fəaliyyətində fasilə yaranıb, bundan sonra işlə təmin olunması məsələsi isə açıq qalıb.

Təcrübə onu göstərir ki, Azərbaycanda bir qayda olaraq ləğv olunan, birləşdirilən qurumlarda çalışan işçilərin bir hissəsi ixtisara düşür. Onların əmək hüquqları pozulur, qanunla müəyyən olunmuş qaydada təzminant, müavinət ala bilmirlər.

Hazırki əmək bazarında yüksək belə səviyyəli mütəxəssislərin iş tapması, karyerasını davam etdirməsi xeyli problematikdir. Çünki onsuz da dar olan əmək bazarı bir müddət əvvəl ləğv olunan 11 kommersiya bankının işini itirmiş əməkdaşları ilə doludur. Onların böyük əksəriyyəti hələ də normal iş tapa bilməyiblər. Bir hissəsi kənar sahələrə üz tutub, bir hissəsi isə ölkədən getməyə məcbur olub.

Saytımıza daxil olan məlumatlara görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının peşəkar kadrlarının  da bir çoxu gələcək talelərindən narahatdırlar. Onların Mərkəzi Bankda oyektiv kriteriyalar əsasında aparılacağına şübhə ilə yanaşırlar.  

Mərkəzi Bankın izahatı

Bəs Mərkəzi Bankln bununla bağlı mövqeti necədir? Mərkəzi Bank Palatanın 200-dən artıq mütəxəssisini yeni yaradılan strukuturlara işlə təmin edə biləcəkmi? Bununla bağlı Mərkəzi Banka göndərdiyimiz informasiya sorğusunda əməkdaşların hansı kriteriyalarla işə alınması, kadrlar arasında seçim, yerləşdirmə işini təşkil edəcək komissiyanın yaradılıb-yaradılmamasını soruşmuşuq. 

{{photo-undefined-dbc5dee9-5f8e-4467-80a6-2ce7ac80ced8}}

Bankın İctimaiyyətlə Əlaqələr Şöbəsindən AzPolitika.info-ya verlən cavabda bildirilir ki, bu məsələyə baxılacaq:"Sorğunuza cavab olaraq bildiririk ki, “Maliyyə xidmətləri bazarında tənzimləmə vənəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli 1616 nömrəli Sərəncamına əsasən hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasının hüquq və vəzifələrinin, eyni zamanda əmlakının Mərkəzi Banka verilməsi ilə bağlı təhvil-təslim işləri, habelə sərəncamdan irəli gələn digər məsələlərin həlli istiqamətində də iş aparılır.

Görülən işlər çərçivəsində Mərkəzi Bankın yeni təşkilati strukturu formalaşandan sonra kadrlarla komplektləşdirilməsi prosesləri həyata keçiriləcəkdir".

Ekspert Ağamusa Şəfiyev: "İxtisarlar zamanı peşəkar kadrların işlə təminatı nəzərə alınmalıdır"



Əmək məsələləri üzrə ekspert Ağamusa Səfiyev "AzPolitika.info"-ya şərhində bildirib ki, dövlət müəssisələri birləşdirildikdə və ya ləğv edildikdə onların hər birinin əmlak hüquqları və öhdəlikləri, həmçinin kadr personalı birləşmə nəticəsində yaranan müəssisəyə keçirilir: "İşçilərin yeni yaranan müəssisəyə yerləşdirilməsi zamanı, işçi sayının mövcud ştat vahidindən çox olduğu hallarda ştat vahidinə və əmək resurslarının tutumuna uyğun olaraq işçilərin bir qisminin əmək müqaviləsinə xitam verilməsi zərurəti yaranır. Bu zaman mövcud qanunvericiliyə uyğun olaraq işdən çıxarılan işçilərin hüquqlarının və mənafelərinin gözlənilməsinə təminat verilir".


Ekspertin sözlərinə görə, Əmək Məcəlləsinin (ƏM) 77-ci maddəsisnin 1-ci və 2-ci bəndlərində nəzərdə tutulduğu kimi xəbərdarlıq müddəti gözlənilməklə və işdənçıxartma müavinəti ödənilərək, həmin işçilərin əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən xitam verilir.

A.Şəfiyev qeyd edir ki, ləğv olunan müəssisənin kreditorlar qarşısında müəyyən maliyyə öhdəlikləri olduqda, onların iddidaları həmin müəssisənin əmlakından ödənilir. Bu halda ilk növbədə işçilərə olan əmək haqqı və büdcəyə yaranan borclar ödənilir.

Ağamusa Şəfiyev vurğulayıb ki, birləşmə və ya ləğv olunma zamanı sərbəstləşən işçilərin müxtəlif dövlət müəssisələrində çalışanların kifayət qədər peşəkar mütəxəssislər olduğunu və həmin kadrların uzun illər yetişdirilməsi və hazırlanması üçün xeyli dövlət resurslarının xərcləndiyini nəzərə alsaq, azad olunan işçilərin digər dövlət qurumlarında və ya publik təşkilatlarda işə cəlb olunması məqsədəuyğun hesab edilir: "Bu kimi tədbirlər dövlətin həm yüksək ixtisaslı kadrlardan təqaüd yaşına çatana qədər yararlanmasına, digər tərəfdən də onların məşğulluğuna və maddi təminatına töhfə vermiş olardı".

AzPolitika.info

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net