Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“TÜRKİYƏ İKİNCİ İRANA ÇEVRİLİR” –Yəhudi nəşri Ankaranın İsrailin təhdidləri siyahısına əlavə edildiyini yazdı

17-01-2020, 08:31   

Yoçanan Visser

“Arutz Sheva 7” (İsrail), 15.01.2020

 

İsrail Müdafiə Qüvvələri (İMQ) ilk dəfə olaraq illik milli təhlükəsizlik qiymətləndirməsində Türkiyəni təhlükəsizlik təhdidləri siyahısına əlavə edib. Eyni zamanda, İMQ 2020-ci ildə Türk ordusu ilə qarşıdurma görmür.

İsraillə diplomatik münasibətləri davam etdirən və bir zamanlar yəhudi dövlətinin müttəfiqi olan bir ölkənin – Türkiyənin təhlükəsizlik təhdidləri siyahısına əlavə edilməsi türk diktatoru Rəcəb Tayyib Ərdoğanın Yaxın Şərqdəki zorakı hərəkətləri ilə əlaqədardır.

Ərdoğan müntəzəm olaraq Fələstin ərəblərinə istiqamətli siyasətinə görə İsraili tənqid edir və ölkəni nasist Almaniyasına bənzədir, eyni zamanda, İsrail qazını “Leviathan” yatağından Avropaya nəql edəcək Aralıq dənizində boru kəməri çəkmə planını hədələyir.

Türkiyə lideri keçən ay Liviya ilə Aralıq dənizində qondarma iqtisadi zonaların birləşdirilməsi ilə bağlı memorandum imzalayıb.

Saziş İsrail, Yunanıstan və Kiprin boru kəməri inşası planının həyata keçirməsinin qarşısını almaq və bu zonalarda gözlənilən qaz ehtiyatlarını əldə etmək üçün nəzərdə tutulub.

İsrail Kipr və Yunanıstanla qaz boru sazişini imzaladıqdan sonra Ərdoğan deyib: “Digər beynəlxalq aktyorlar Türkiyə-Liviya memorandumunda qeyd olunan ərazilərdə kəşfiyyat işləri apara bilməzlər. Yunan Kipri, Misir, Yunanıstan və İsrail Türkiyənin razılığı olmadan təbii qaz ötürücü xətti qura bilməzlər”.

Daha sonra Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Ankaradakı səfirini yanına çağıraraq qaz kəmərinin inşası üçün Türkiyənin razılığının tələb olunduğunu və boru kəmərinə ehtiyac olmadığını söyləyib, çünki Azərbaycandan Türkiyəyə və oradan Avropaya bənzər boru kəməri xətti mövcuddur.

Ərdoğan bu yaxınlarda Liviyadakı vətəndaş müharibəsinə də müdaxilə edib, dronları və zirehli maşınlarını BMT tərəfindən tanınan Milli Birlik Hökumətinə (MBH) göndərdikdən sonra indi “Suriya Milli Ordusu”nun (əvvəllər “Azad Suriya Ordusu”) 2 min islamçı döyüşçüsünü Liviyaya yerləşdirib.

Suriyalı döyüşçülərdən biri sosial mediada yayımlanan bir yazıda Liviyada “İslamı müdafiə etmək” üçün olduqlarını söyləyib.

Bu arada, toqquşmalarda 14 suriyalı islamçı öldürülüb və onların cəsədləri Suriyaya göndərilib.

Ərdoğan döyüşlərdə iştirak etməyən, yalnız müşavir rolunu oynayan Türkiyə ordusunun cəmi 35 hərbçisini Liviyaya yollayıb.

General Xəlifə Həftərin müxalif qüvvələri Kremllə əlaqəli “Vaqner” şirkəti vasitəsilə Rusiya, Misir, İordaniya, Fransa və Birləşmiş Ərəb Əmirliklərinin muzdluları tərəfindən dəstəklənir; Türkiyə, İtaliya və Qətər MBH ordusuna kömək edirlər.

Rusiya və Türkiyə, Suriya islamçıları ilə rus muzdlular arasında qarşıdurmanın qarşısını almağa və keçən ilin aprel ayından bəri Tripolini mühasirəyə alan Həftərın Liviya Milli Ordusu (LMO) tərəfindən atəşkəsə dair sammit təşkil etməyə çalışıb.

Həftər danışıqlarda təklif olunan saziş layihəsinin onun (və ya dəstəkçilərinin) tələblərinə cavab vermədiyini deyərək sənədi imzalamaqdan boyun qaçırıb və Liviyaya qayıdıb.

Onun davranışı Ərdoğanı qəzəbləndirib, Türkiyə parlamentində deyib ki, “Həftərə layiq olduğu dərsi verməkdən çəkinməyəcəyik”; o, Həftərə görə, Rusiya prezidenti Vladimir Putindən məyusluğunu da ifadə edib.

Liviyadakı döyüşlərin gələn həftə Berlində keçiriləcək başqa bir sülh konfransından əvvəl yenidən bərpa olunduğu bildirilir.

Bundan başqa, Ərdoğan Suriyada, İdlib əyalətindəki islamçı üsyançı qrupları dəstəkləyir və Türkiyə əncir yarpaları altında – “hərbisizləşdirilən zonalar” və ya “təhlükəsiz zonalar” yaratma (‘Türkiyədəki 3,5 milyon suriyalı qaçqının çoxu ora yerləşdirilməli idi) adı ilə 3 müdaxilə həyata keçirib.

Əslində, Ərdoğan kürdləri Suriya-Türkiyə sərhədi boyunca uzanan Rojova muxtar bölgəsindən qovmaq istəyib və ələ keçirilən bölgəyə Suriyanın sünni ərəbləri məskunlaşdırılıb; bu, etnik təmizləmədir.

Rusiyanın dəstəklədiyi Əsəd tərəfdarları İdlibdə irəliləməyə başladıqdan sonra 400 min sünni suriyalı evlərini tərk edib və Türkiyə sərhədinə doğru qaçıb. Ərdoğan atəşkəsə nail olmaq üçün Putinlə birlikdə çalışır.

Çərşənbə axşamı günü Türkiyə parlamentində çıxış edən Ərdoğan yenə Əsədə atəşkəsi pozmamaq barədə sərt xəbərdarlıq edib.

Türkiyə barışığı pozan Əsəd rejiminin hücumlarının qarşısını almağa qərarlıdır.

“Türkiyə nə deyirsə, onu mütləq edəcək”, – deyə Ərdoğan AKP üzvləri qarşısında bildirib.

…Bu, bizə İrandakı rejim kimi, digər diktator rejimləri xatırladır, amma oxşarlıqlar bununla bitmir.

“Əl-Monitor”un xəbərinə əsasən, Ərdoğan yalnız şəriətə əsaslanan yeni qanunvericilik tətbiq edir. Türkiyə tarixində ilk dəfə “ictimai sahədə dini qaydalar olacaq”.

Məlumatda bildirilir: “Türkiyə hökuməti faizsiz maliyyələşdirmə ilə bağlı yoxlamaları tənzimləmək üçün İslam təlimatları hazırlayıb. Müstəqil audit şirkətləri yoxlanılarkən, İslam qaydalarına və faizsiz İslam təcrübələrə tabe olmalı olacaqlar”.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar