Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

XODORKOVSKİNİN HƏBSİNİ PUTİNƏ ROTŞİLDLƏR SİFARİŞ EDİBMİŞ… –Rokfeller ailəsi general Həftəri qoruya biləcəkmi? - ARAŞDIRMA

23-01-2020, 14:49   

Ərgün Dilər

“Takvim”, Türkiyə, 22 yanvar 2020-ci il

 

Öz gündəlik işi ilə məşğul olan insanlar dünyanın zirvəsində nə baş verdiyini, necə bazarlıqlar edildiyini, necə əməliyyatlar hazırlandığını görə bilməzlər. Bu, təbiidir. Ancaq lap zirvədə rüzgarlar güclü əsər. Biz onu bilmədiyimiz üçün Liviya, Suriya, İran, sui-qəsdlər, terrorlar və pul haqqında danışırıq və nə isə anlamağa çalışırıq.

Əsil bilinməli olan böyük aktyorlar, böyük oyunçular və onların etmək istədikləridir. Bu gün toqquşma zirvəyə yüksəlmişdir. Ən yuxarıda olanlar müharibə vəziyyətindədirlərBu da bizə dünyanın müxtəlif yerlərində böhran olaraq görünməkdədir. Özünü belə göstərməkdədir. Aralıq dənizində, Somalidə, Fransada olduğu kimi

Yaxşı, bəs sonra nələr olacaq? Gəlin, müxtəlif yollardan gedərək, bu suala cavab axtaraq.

53 Park Ln, Mayfair, London W1K 1QA, United Kingdom” ünvanı önəmlidir. Bu, Londondakı Dorchester otelinin ünvanıdır. Bura Rokfeller ailəsinin İngiltərədəki qərargahıdır.

2001-ci ildə burada çox özəl bir toplantı oldu. Bu toplantıda kiçik Devid Rokfeller, Ceykob Rotşild, Henri Kissincer, Mixail Xodorkovski, Emmanuel Makron və 2014-cü ildə ABŞ-ın ən önəmli silah şirkətlərindən biri olan United Technologiesin Baş İcraçı Direktoru olacaq Qreqori Heys kimi çox önəmli 21 şəxs görüşdü.

Toplantı önəmli idi, çünki 11 Sentyabr hücumlarından cəmi bir neçə gün sonra baş tutmuşdu. Toplantının və ya zirvə görüşünün məqsədi paylaşmaq idi. Həm ölkələr, həm də ailələr bir masa ətrafında idilər. Dorchester otelinin özəl bölümündəki bu toplantı uzun sürsə də, problemsiz başa çatmış və paylaşma tamamlanmışdır.

Bu toplantı heç bir tarix kitabında yazılmayacaq. Lakin qərarlar orada verilirdi. Tərəflər, iştirakçılar bir-birinin əlini sıxaraq ayrıldılar. Hər kəs xoşbəxt idi. Bu durum 1,5 il sonra baş verəcək hadisəyə, iki ailənin qarşı-qarşıya gəlməsinədək davam edəcəkdi.

Rusiya Prezidenti Putin 6 yaşından etibarən təhsilini Rokfeller ailəsinin öz üzərinə götürdüyü, çox böyük layihə dediyi Mixail Xodorkovskini həbs etdirdi. Əslində, əmr Ceykob Rotşilddən getmişdi.

Bununla Rokfeller ailəsinə gücün mərkəzində daima özünün olduğunu göstərmək istəyən Ceykob Rotşildin bu əməliyyatı kiçik anlaşılmazlıqlarla davam etdi. Mixail Xodorkovski həbsdə saxlandığı müddətcə, Rokfeller ailəsi arabir Rotşildlərlə qarşı-qarşıya gəldi.

Əslində, Rokfeller ailəsinin gələcək planlarında ən yüksək yer tutan Mixail Xodorkovskinin həbs edilməsi böyük bir sıxıntıya səbəb olmuşdu. Açıq şəkildə dilə gətirilmirdi. İdarə olunan proses aparılırdı.

Ancaq bu iki ailə yavaş-yavaş öz yolları ilə irəliləməyə başladı. Rokfeller marşurutu dəyişdi. Pentaqonla, yəni ABŞ-ın “dərin dövləti”lə ortaq oldu. Sonra bir inanılmaz hadisə baş verdi. Eynilə Xodorkovski kimi yetişdirilən, ancaq Rotşild ailəsinin ən önəmli gücü olan Corc Soros Rokfeller ailəsinin yanına keçdi (Bəziləri hələ də buna inanmır. Bəzən mən də qərarsız qalıram). Bu, inanılmaz bir hadisə idi.

Yaranmış bu durum 2013-cü ildə Rotşild ailəsinin bir qərar verməsinə yol açdı. Çünki Rokfeller ailəsinin Mixail Xodorkovski üçün cızdığı planın bənzəri Rotşildlər tərəfindən Corc Soros üçün cızılmışdı.

Bu hadisədən bir neçə həftə sonra Ceykob Rotşild Putinə xəbər göndərdi və Mixail Xodorkovskinin sərbəst buraxılmasını istədi. Elə də oldu. Mixail Xodorkovski 10 illik həbs macərasından sonra sərbəst qaldı. Ancaq bu durum Rokfellerlər üçün çox önəmli deyildi. Çünki artıq 10 il keçmişdi. Rokfeller ailəsi yeni planlarını cızmışdı.

Təbii, Mixail Xodorkovski də kənarda buraxılacaq deyildi. Yenə birlikdə çalışırdılar.

Sərbəst qaldıqdan sonra Mixail Xodorkovskinin getdiyi ölkə Almaniya oldu. Bu, həm Rokfellerin ABŞ daxilindəki gücünü, həm də Vaşinqtonun Berlinlə olan yaxınlığını anladırdı. Ayrıca, Mixail Xodorkovskinin Almaniyada bir müddət qaldığı evlə bu gün İsveçrədə yaşadığı villa Rokfeller ailəsinə məxsus idi.

Mixail Xodorkovskinin həbs edilməsilə birlikdə, Londondakı Dorchester” otelində əldə edilən anlaşma pozulmuşdu və paylaşma da sona çatmışdıVə savaş başlamışdı. Ölkələr və mərkəzi banklarla bağlı əldə edilmiş anlaşma artıq keçərsiz olmuşdu. Bu gün dünyada yaşanan gərginliyin əsas nöqtəsi də məhz bu iki ailənin toqquşma halında olmasıdır“Ərəb baharı”nın başlaması da, İrandakı xaos da, Amazon meşələrinin yanması da bu iki gücün toqquşmasının nəticəsidir. Baş verən bütün hadisələrin mərkəzində bu iki ailə dayanır. Amazon meşələri, sənədi olmasa da, Rokfeller ailəsinindir. Bunu dərin əlaqələr içində olan hər bir usta diplomat bilir.

İndi bu iki ailənin yeni toqquşma yeri Aralıq dənizidir. Buna “dərin Amerika” ilə “dərin İngiltərə”nin toqquşması kimi də baxa bilərsiniz.

Avstraliyadakı yanğıları da bu pəncərədən baxaraq analiz edin.

“Dərin Amerika”nın mərkəzində Rokfeller, “dərin İngiltərə”nin mərkəzində isə Rotşild dayanır.

Son günlərdə adı manşet olan və artıq bütün dünyada tanınan general Həftər Rokfeller ailəsinin adamıdırABŞ üçün çalışmaqdadır. Oyuncaqdır.

Təbii, Rotşild ailəsi də, “dərin İngiltərə” də Həftərə qarşıdır.

Əsas məsələ Aralıq dənizi məsələsidir. O qədər yayılmasa da, xatırlanmasa da, Boris Conson Xarici işlər naziri olan günlərdə Benqaziyə getdi və Həftərlə görüşdü. Bu, 2017-ci ildə oldu. Conson Həftərə “Parisdə verdiyiniz sözləri tutmanızı istəyirəm. Əksini qəbul etmirik” demişdi.

Bununla Conson, Həftərin Fransada ailənin istəklərini qəbul etdiyinə, lakin sözünü yerinə yetirmədiyinə işarət edirdi. Əlbəttə, Həftər İngiltərəyə yaxın durmayacaqdı. Çünki Vaşinqtondan əmr alırdı.

Durum belə olduğu halda, son dərəcə maraqlı bir hadisə baş verdi. Ötən bazar günü Liviyada sülhlə bağlı keçirilən zirvə görüşünü dəyərləndirmək üçün Rusiya Prezidenti Putin və İngiltərə Baş naziri Conson Berlində görüşdülər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Qısa, konstruktiv və dil tapmağa yönəlik görüş idi. Ən azı, “Downing Street” tərəfindən verilən açıqlamadan olduqca fərqli idi” deyərək, Boris Consonu təkzib etdi.

Yoxsa Rusiya da yer dəyişdirir? Rusiyanın Suriyada ABŞ-la ortaqlığı artıq “məlum olan sirr”dir. Görəsən, Liviyada və başqa yerlərdə nə olacaq?

Məncə, cavab axtarılmalı olan əsas sual budur. Çünki masadakı paylaşma yerini savaşa buraxıbdır. Bunu bilən Türkiyə də meydandadır. Mərkəzində bizim ölkəmizin olduğu bölgədə gedən savaş böyüdü, hələ daha da böyüyəcək. Bu səbəblə, “Berlində, ya da başqa yerdə anlaşma olmaz” deyirəm.

Baxaq görək, nə olacaq? Məncə, gücü olan gücünün yetdiyi qədər alacaq. Biz öz yolumuzla gedərək, alacağımızı artıqlamasilə alacağıq.

Təhlillər göstərir ki, sonunda iki böyük güc də bizə müraciət edəcək. Bu, dəqiqdir. Çünki balans yaradan güc bizik.

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar