Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sabiq məmur narkotiklə tutuldu — Azərbaycanda ŞOK OLAY (FOTO)

23-01-2020, 14:59   

  

Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında və dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba rayonundakı regional qrupundan verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Giləzi qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq və oğurluq maddələri ilə məhkum olunmuş Pərviz Zeynalov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman satış üçün hazırlanmış narkotik maddə - heroin aşkar olunub.

Dindirilmə zamanı P.Zeynalov narkotik maddələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, P.Zeynalov 2008-2011-ci illərdə Xızı rayon Şahmat məktəbinin direktoru işləyib.

Qeyd olunan faktla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.
 


Demokrat.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar