Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Yarasa, dəvə, çiçək və sonda insan: Öldürücü virus belə yayılır - DİQQƏT

23-01-2020, 16:51   


Yarasa, dəvə, çiçək və sonda insan: Öldürücü virus belə yayılır - DİQQƏT

Çində sürətlə yayılan, insan tələfatına səbəb olan koronovirusun mənşəyi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. 

Cebhe.info xəbər verir ki, bu barədə məlumat “Journal of Medical Virology"da dərc olunub. 

Belə ki, ekspertlər Çindəki virusun mənbəyinin vəhşi heyvanlar ola biləcəyini təxmin edir. 

Mütəxəssislər yeni yayılan virusun  "SARS-CoV"la oxşar əlamətlərə malik olduğunu bildiriblər. 

Qeyd olunur ki, viruslar genetik mutasiya keçib və insana yoluxmaq xüsusiyyəti qazanıb.  

Belə ki, "SARS-CoV" və "MERS-CoV" viruslarının hər ikisinin mənbəyinin yarasalar olduğu bildirilir. Yarasalardan sonra dəvələr, Hamalay çiçəkləri və sonunda insanlar virusa yoluxub.

Elmi rəylərə görə, “2019-nCoV” virusu yarasalardakı koronovirusla ilanda rast gəlinən, naməlum mənşəli virusun birləşməsindən törəyib.

Xatırladaq ki, 23 yanvarda olan məlumata görə, Çində xəstə sayı 617 olub. 17 nəfər ölüb.     

Xəzər
Cebhe.info


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar