Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

35 saylı dairənin sədri istefa verdi ?

24-01-2020, 15:48   


 
35 saylı Xətai üçüncü seçki dairəsində bu rayonun rəhbərliyi bütün inzibati resursları “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun xeyrinə səfərbər edib.
 ANAXEBER.az xəbər verir ki, bu, 35 saylı Xətai üçüncü seçki dairəsinin Mərkəzi Seçki Komissiyasi (MSK) və ATƏT-in müşahidəçiləri tərəfindən ciddi nəzarətə götürülməsindən sonra baş verib. ATƏT-in müşahidəçiləri bu dairəni “SOS dairə” elan ediblər. Onlar baş verənləri xüsusi diqqətdə saxlayırlar. MSK isə 35 saylı Xətai üçüncü seçki dairəsinin nəzarətə götürülməsi barədə ayrıca qərar qəbul edib.Məlumatda bildirlir ki, artıq məntəqə seçki komissiyalarının üzvlərinə təzyiqlər başlayıb. Onlardan Rauf Arifoğlunun xeyrinə işləmək tələb olunur. 2 məntəqə sədri haqsızlıq etməyəcəklərini bildirərək istefa ərizəsi yazıb. Məlumata görə, bir neçə məntəqə sədrinin də oxşar addım atacağı gözlənilir.Məntəqə sədrlərinin bu addımdan narahat olan DSK sədri İmran Hüseynəliyevin icra başçısı Rafiq Quliyevə etirazını bildirərək saxtakarlığın rezonansa səbəb olduğunu deyib. DSK sədri icra başçısının diqqətinə çatdırıb ki, seçicilər səslərini qorumağa israrlıdırlar. İmran Hüseynəliyev 2015-ci ildə nəticələri Araz Əlizadənin xeyrinə saxtalaşdırıb. O, bu faktı icra başçısına bildirərək bu dəfəki seçkilərin 2015-ci ildən fərqli olduğunu deyib: “Mən səs ala bilməyən adamı deputat edə bilməyəcəm. Bunu beynəlxalq müşahidəçilərin, namizədlərin, seçicilərin gözü qarşısında edib həbsə girə bilmərəm”. İcra başçısı isə DSK sədrini tapşırıqları yerinə yetirməyəcəyi təqdirdə korrupsiya ittihamı ilə həbs olunacağını bildirib.Bundan sonra İmran Hüseynəliyevin istefa ərizəsi yazdığı bildirilir. O, üst qurumlara səhhətindəki problemləri əsas gətirərək bu addımı atdığını deyib. Bildirib ki, müalicəsi ilə bağlı İrana getməyi planlaşdırır. Lakin bunun bəhanə olduğu iddia edilir. Hələlik İmran Hüseynəliyevin istefası ictimailəşdirilmir. Məlumatda iddia olunur ki, icra başçısının Rauf Arifoğluna dəstək verməsinin səbəbi onun əlində olan güclü silahdan – mediadan ehtiyat etməsidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar