Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kamaləddin Qafarov Məstəliyevlər ailəsinin qonağı olub

25-01-2020, 10:21   




9 saylı Binəqədi ikinci Seçki Dairəsindən VI çağırış Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namizəd Kamaləddin Qafarovun rayon seçiciləri ilə görüşləri davam edir...


K. Qafarov M.Ə. Rəsulzadə qəsəbəsinin Fəxrəddin Şahbazov küçəsində yaşayan Məstəliyevlər ailəsinin dəvəti ilə bu ailənin qonağı olub.

Ailə başçısı İsa Məstəliyev VI çağrırş Milli Məclisə deputatlığa namizəd Kamaləddin Qafarovu mənzilində görməkdən sevinc və qürur duyduğunu bildirib. O, sadə bir ailənin çağırışına həssaslıq göstərərək onların evinə gəldiyinə, yaşayış şəraiti ilə tanış olduğuna görə Kamaləddin müəllimə öz razılığını və minnətdarlığını dilə gətirib.

K.Qafarov seçicilərin istəklərinin, arzularının dinlənilməsinin və müvafiq qərarların qəbul edilməsinin millət vəkilinin əsas borclarından biri olduğunu xüsusi qeyd edib. O, bildirib ki, ölkəmizin Azərbaycan Respublikasının Prezidenti hörmətl İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşan daxili və xarici siyasətinin mərkəzində insanlar, onların qayğıları və rifahlarının daim yüksəldilməsi məsələləri dayanır. Bu siyasət bizim üçün də örnək və fəaliyyət proqramıdır.

Çay süfrəsi arxasında davam edən səmimi söhbət əsnasında ailənin problemləri, onların aradan qaldırılması məsələləri, gündəlik qayğıları və digər sosial perspektivlər müzakirə edilib.

İ. Məstəliyev görüşün sonunda bir daha K.Qafarova göstərdiyi diqqətə görə ürəkdən təşəkkür etmiş və fevralın 9-da ən layiqli namizədə səs verəcəyini bildirib.

pia.az

    
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar