Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Elazığ zəlzələsini öncədən deyən professordan yeni - Şok

25-01-2020, 18:04   

 


   
Şərqi Anadolu fay xətti oyanmağa başlayıb.
Axar.az xəbər verir ki, bunu “Habertürk”ə açıqlamasında Elazığ zəlzələsini öncədən proqnozlaşdıran professor Naci Görür deyib.
“Bu mərhələdə hər hansı şey söyləmək mümkün deyil. Böyük bir zəlzələdir. Ümid edirəm ki, yanılıram, amma itkilərin olacağını düşünürəm. Şərqi Anadolu fay xətti oyanmağa başlayıb. Şərqi Anadolu fay xətti üzərində uzun illərdir zəlzələ olmurdu. Bu zamana qədər zəlzələlər Şimali Anadolu xəttində yaranırdı. Bu xətt qırıldı və 7 bal civarında zəlzələ meydana gəldi. Burada böyük zəlzələlər görməmişdik və buna görə də o bizi narahat edirdi. Şimali Anadolu zəlzələ yaradıb, enerjini atır, əvəzində burada da bir zəlzələ zənciri meydana gətirə biləcəyini düşünürdük” – deyə o bildirib.
Hazırkı zəlzələnin baş verdiyi ərazidə 1874 və 1875-ci illərdə iki böyük zəlzələnin olduğunu deyən Görür indi Sivricə-Bingöl və Sivricə-Pütürgə-Çelikxan arasındakı xəttə diqqət yetirilməli olduğunu bildirib.
Professor bu zəlzələdən narahat olduğunu da qeyd edib.
Ekspert ötəngünkü zəlzələ ilə bağlı da öncədən xəbərdarlıq etdiyini, amma bununla bağlı heç bir işin görülmədiyini söyləyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar