Ana səhifə

İqbal Ağazadənin Naximov sakinləri ilə görüşündə yenə izdiham yaşanıb - FOTO

    Tarix: 26-01-2020 21:00   


®İqbal Ağazadənin Naximov sakinləri ilə görüşündə yenə izdiham yaşanıb - FOTO
  • Clock-gray18:53
  • calendar-gray26 Yanvar 2020

35 saylı Xətai 3-cü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Naximov küçəsinin sakinləri ilə görüşüb.

Deputatlığa namizədin təklifi ilə Daşaltı şəhidlərinin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

İ. Ağazadə məhəlli problemlərini dilə gətirərək qeyd edib ki, bizi təkcə bir məhəllənin, bir rayonun yox, bütün ölkənin problemləri narahat edir: "Mən Milli Məclisdə deyə bilmərəm ki, Naximov küçəsindəki uşaqlara uşaq pulu verilsin, təqaüdçülərin pensiyası artırılsın. Mənim dərdim bəllidir, bu ölkənin insanı normal yaşasın, normal qidalansın, sağlam olsun".


Daha sonra çıxış edən İ. Ağazadə bildirdi ki, mənim heç kimlə problemim yoxdur: "deyirlər ki, İqbal Ağazadənin hökumətlə problemi var. Mən burda deyirəm, qoy hər kəs eşitsin, bu xalqın haqqını tapdayan hər kəslə mənim problemim var. Uşaqpulu verilmirsə, məhkəmələr ədalətli deyilsə, insanlardan rüşvət alınırsa, torpaqlarımız işğaldan azad edilmirsə, problemim var. Başqa mənim heç kimlə problemim yoxdur. Hökümət bu problemləri həll etsə, mənim onunla da problemim olmaz. Qoy seçici ilə problemi olanlar narahat olsun".

Qeyd edək ki, bu görüşdə də izdiham yaşandı. Sonra seçicilər İ. Ağazadəyə bildirdilər ki, mütləq seçkiyə gələcəklər və məhz ona səs verəcəklər.

     
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net