Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

UŞAQLARA “BATA BİLMƏYƏN” KORONAVİRUS - “Əgər uşaqlar bu virusa yoluxarsa...”

12-02-2020, 15:41   



«Yeni koronavirus qocalara rəhm etmir, amma uşaqlara toxunmur» -bunu Çinin xəstəliklərə nəzarət və onların profilaktikası mərkəzindən olan tədqiqatçılar qrupu müəyyən edib. 

Araşdırma «New England Journal of Medicin» jurnalında dərc olunub və iki ölkənin həkimlərinin diqqətini cəlb edib.

Bunun bir neçə səbəbi ola bilər, amma istənilən halda yoluxmuş yaşlıların uşaqlarla təmasdan qaçması tövsiyyə edilir. Çin virusundan artıq 30 mindən çox insan zərər çəkib, ancaq yanvarın ortalarına 15 yaşdan aşağı kiminsə yoluxması halı qeydə alınmayıb. Tədqiqatçılar ehtimal edirlər ki, uşaqlar yoluxmalara daha dözümlü olurlar və ya xəstəlik zamanı simptomlardan daha az əziyyət çəkirlər.



Son vaxtlara qədər yalnız bir neçə kiçik uşağın koronavirusa yoluxması halı barədə xəbər verilib, üstəlik də onların heç də hamısında simptomlar müşahidə olunmayıb.

«Bizim üçün naməlum səbəbdən virusa ilk növbədə yaşlılar yoluxur» - infeksionist Riçard Martinello bildirir.

«Əgər uşaqlar müdafiə altındadırlarsa, bu, həm onlar üçün, həm də ümumilikdə əhali üçün yaxşıdır. Əgər uşaqlar bu virusa yoluxarsa, bu, xəstəliyin əhəmiyyətli dərəcədə güclənməsinə səbəb olar» - deyə, pediator Aaron Milstoun danışır.

Yeni koronavirus əhəmiyyətli dərəcədə 2002-2003-cü illərdə baş vermiş atipik pnevmoniya «partlayışı»na oxşayır. O zaman 8 milyondan artıq uşaq pasiyent arasında yalnız 80 laborator hal təsdiqiqini tapmışdı. 

Sonradan müəyyən olunub ki, atipik pnevmoniya 12 yaşdan kiçik uşaqlarda əhəmiyyətli dərəcəd yüngül keçib, uşaq və yeniyetmələr arasında xəstəlikdən ölüm halı olmayıb. Virusun uşaqdan digərinə ötürülməsi halı cəmi bircə dəfə qeydə alınıb.

Hadisələrin belə inkişafı həm 2002-ci ildə, həm də indi iki cür izah olunur: ya uşaqlar yoluxmaya daha davamlı olurlar, ya da onların orqanizmi virusla daha effektli mübarizə aparır.

Bundan başqa, hazırkı koronovirus «partlayış»ı dəniz məhsulları bazarnda yoluxmadan başlayıb. Oraya isə elə də çox uşaq getmir. Yaşlılar yoluxma imkanlarını bilərək, gigiyena barədə diqqətli olurlar və simptomların ortaya çıxdığı halda uşaqlardan uzaq dayanırlar. Bu da onlarda virusun yayılmasına mane olur.

«Mən, pediatoram və uşaqları sevirəm. Ancaq uşaqlar gerçəkdən respirator viruslarını yayırlar. Yaşlılar sağlam düşünə bilirlər və yoluxan zaman təmaslardan qaçırlar.  Uşaqlar istənilən halda valideynləri ilə qucaqlaşmaq və ya qardaş bacı ilə oynamaq istəir» - deyə, pediator Milstoun danışır.



“Yeni virus meydana çıxan zaman bütun əhali ona yoluxa bilər. Biz, dəqiq bilmirik - gerçəkdənmi uşaqlar bu virusla yoluxmaya böyüklərlə müqayisədə daha çox davamlıdırlar» - Mlostoun bildirir.

Alimlər qeyd edirlər ki, istənilən halda adi qrip hazırda uşaqlar üçün daha təhlükəlidir.

«Hazırda qrip barədə narahatlıq keçirməyə dəyər, nəinki digər mövsümi xəstəliklər barədə. Qrip «partlayışı» zamanı uşaqlar onu daha fəal şəkildə yayırlar, nəinki yaşlılar»- pediator danışır.

Ancaq qripdən fərqli olaraq, koronavirusa qarşı vaksin hələlik yoxdur.

«Biz, bu virusu uşaqlardan uzaq tutmalıyıq. O zaman onu dayandırmaq mümkün olacaq» - Milstoun belə hesab edir.

Hazırladı: Mirzə AĞ

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar