Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

TÜRKİYƏNİN DƏSTƏKLƏDİYİ “MÖTƏDİLLƏR” VƏ RADİKALLAR:Ankaranın son açıqlaması nə məna verir?

17-02-2020, 16:30   

Fehim Taştekin

“Əl-Monitor”, 16.02. 2020

 

Türkiyənin müdafiə naziri Hulusi Akar Suriyanın İdlib əyalətində silahlı qruplara alışılmamış və Ankaranın Suriya ordusunun bölgədəki irəliləyişini dayandırmaq üçün strategiya dəyişikliyi barədə xəbərdarlıq edib. “İdlibdə atəşkəsi təmin etmək üçün əlavə qoşun göndəririk. Biz əraziyə nəzarət edəcəyik. Atəşkəsə tabe olmayanlara, o cümlədən radikallara qarşı gücdən istifadə olunacaq”.

Xəbərdarlıq Türkiyənin İdlibdə gücləndiyi və Vaşinqtonun Ankaranı Suriyada əməliyyata başlamağa təhrik etdiyi zaman səslənib.

İdlibdəki vəziyyətlə bağlı Türkiyə-Rusiya danışıqları nəticəsiz qalıb və Vaşinqton “NATO müttəfiqinin yanında olacağına” söz verərkən, Suriya üzrə xüsusi elçi Ceyms Cefri fevralın 12-də Ankarada heç bir konkret təklif irəli sürməyib.

Rejim qüvvələri, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın hədəsinə baxmayaraq, İdlibdə irəliləməyə davam edib.

Ərdoğanın istinad etdiyi sənəd 2017-ci ilin mayında Astana zirvəsində “hərbisizləşdirilən zona” və daha sonra Türkiyə və Rusiya arasında 2018-ci ilin sentyabrında Soçidə imzalanmış razılaşmalardır.

M5 magistral yolunu tam təhlükəsiz etdikdən sonra Suriya ordusu M4 şossesi boyu irəliləmək əvəzinə, Türkiyə ilə sərhəddə əsas təchizat keçidi olan Bab əl-Hava yolunda yerləşən Ataribə sarı dönərək sürpriz addım atıb. Türk ordusu isə İdlib şəhərinə yönəlib. Fevralın əvvəlindən etibarən 2 mindən çox zirehli maşın və 6500 türk əsgəri Suriyaya göndərilib. Suriya və Türkiyə hərbçiləri arasında qarşıdurma riski xeyli artıb.

Akarın açıqlaması Türkiyənin hansı strategiyanı həyata keçirə biləcəyinə dair bir neçə ehtimalın təsəvvürünü yaradır.

Birincisi, Akarın radikallara eyhamı Soçi sazişinə qayıtmağın siqnalı kimi göstərilir. Suriya ordusunun mühasirəyə aldığı 12 müşahidə postundan 10-u Türkiyə və Rusiya ilə yeni atəşkəs xəttinin çəkilməsində sınana bilər, çünki Suriya ordusunu geri çəkilməyə məcbur etmək indi tammiqyaslı müharibə tələb edəcək.

Ankarada Rusiya nümayəndə heyətləri ilə aparılan danışıqlar və iki ölkə liderləri arasında telefon təmasları bu günə qədər nəticə verməyib. Kontaktlar qarşıdurma riskini yüngülləşdirən müsbət bir əlamət sayılsa da, vəziyyət istənilən vaxt nəzarətdən çıxa bilər. Üstəlik, Afrin bölgəsində olduğu kimi, Rusiyanın İdlibə nəzarəti Türk ordusuna verməsi ilə bağlı gözlənti həddən artıq nikbindir. Moskva bu dəfə az mütəhərriklik və Dəməşq həqiqətən qətiyyətli görünür.

İkincisi, Akarın açıqlaması Türkiyənin indi birbaşa müharibəyə hazır olduğunu və əraziyə nəzarəti istəməsi əlaməti olaraq oxuna bilər. Bu, nizamsız vəkil qüvvələrin və ya islamçı qrupların rolunu məhdudlaşdırmaq və sahəyə daha çox türk əsgərini gətirmək tələb edir. Bəzi analitiklər də artıq hökumətə ərazi nəzarətini təmin etmək üçün strategiyanı dəyişdirməyi məsləhət görürlər.

Amma ərazi nəzarəti etibarlı qüvvələrdən imtina mənası vermir. Türkiyənin “Suriya Milli Ordusu” bayrağı altında bir araya gətirdiyi 40 fraksiya Ankaranın Suriya siyasətinin əsas elementi olaraq qalır. Lakin Türkiyənin keçmiş “əl-Qaidə” yaraqlılarını daxil etdiyi və cihadçı xüsusiyyətə sahib olan “Milli Azadlıq Cəbhəsi”ndən imtina etdiyinə dair açıq əlamət yoxdur. Bundan əlavə, Türkiyənin terror təşkilatı olan “Heyət Təhrir əl-Şam”dan əl çəkməsi və ona düşmən kimi baxmağa başlaması şübhəlidir.

Hazırda “Heyət Təhrir əl-Şam” Türkiyənin faktik müttəfiqidir. 2015-ci ildə İdlibə nəzarəti ələ keçirəndən bu qrupa “mülayim” olmaq, adını “Cəbhət ən-Nusra”dan “Heyət Təhrir əl-Şam”a dəyişdirmə, “əl-Qaidə” ilə bağlılıqdan imtina və s. üçün təzyiq göstərilib. Amma qrup şəriət qanunlarına əsaslanan dövlət nüvəsindən heç nə itirməyib. Bundan əlavə, “Heyət Təhrir əl-Şam” Türkiyə ilə Rusiya arasında Soçi sövdələşməsindən bəri Ankaranın Astana prosesinə daxil etdiyi qrupları sıxışdırıb, İdlibin 90%-ni nəzarəti altına almağa bacarıb. Türkiyənin təzyiqi altında onlar “Milli Azadlıq Cəbhəsi”nə qoşulsa da, cihadçı xarakterini dəyişməyiblər. “Cəhbə”dəki qruplar İŞİD-in bayrağını simvol olaraq qəbul ediblər.

Akarın açıqlamasını Türkiyənin terror qruplaşmalarına dəstək verməsi ittihamlarını rədd etmək cəhd kimi də yozmaq olar. Soçi sövdələşməsində tələb olunduğu kimi, Ankara nə radikal qrupları təcrid, nə də bu günə qədər “Həyat Təhrir əş-Şamı” milli təhlükəsizlik təhdidi edə bilib. Yanvarın 29-da Rusiyanın terrorla mübarizə apardığı arqumentinə cavab olaraq Ərdoğan öz mövqeyini təkrarlayıb: “Öz torpaqlarını müdafiə edənlər terrorçudur? Onlar müqavimət döyüşçüləridir”.

Ankaranın niyyətindən asılı olmayaraq, İdlibdəki son müdaxilə Türk ordusunu “Həyat Təhrir əş-Şam” və digər müttəfiqləri ilə eyni səfə qoyub. “Suriya Milli Ordusu”nun bəzi elementləri Türkiyənin nəzarətində olan Afrin bölgəsindən İdlib cəbhəsinə keçsə də, Suriya ordusunun Maaret əl-Numan, Saraqib və Taftanaz kimi əsas şəhərləri ələ keçirdiyi son döyüşlərdə “Heyət Təhrir əl-Şam” mübarizə aparan əsas qrupdur. Dah sonra “Milli Azadlıq Cəbhəsi”.

Türkiyənin Suriya ordusunu dayandırmaq üçün dəstək verdiyi Saraqib, Nayrab, Taftanaz və Rəşidində “Heyət Təhrir əl-Şam”la birlikdə “Milli Azadlıq Cəbhəsi” ön planda idi. Orta Asiya qrupları fevralın 2-də Hələbin Camia əl-Zəhrada üç intihar hücumu ilə başlayan qarşıdurmada iştirak ediblər. Oxşar əməkdaşlıq fevralın 4-də Xan Tumana hücumlarda da nəzərə çarpıb.

“Heyət Təhrir əl-Şam” Türkiyənin müşahidə postlarından birində, əl-Aysda güclü iştiraka sahibdir. Fevralın 11-də Saraqibdə Türkiyənin dəstəyi ilə başlayan əks-hücuma “Heyət Təhrir əl-Şam” , “Milli Azadlıq Cəbhəsi” və Türkistan İslam Partiyası rəhbərlik edib.

Suriya İnsan Haqları Rəsədxanasının məlumatına görə, yanvarın 24-dən fevralın 10-dək davam edən qarşıdurmalarda öldürülən 545 döyüşçidən 405 nəfəri cihadçı olub.

Əslində, “mötədillər”lə radikallar arasındakı fərq çox vaxt belə şəraitdə əhəmiyyətsiz olur. Ötən il “Heyət Təhrir əl-Şam” Hələbin kənarından qovduğu “Nureddin Zengi” briqadasından 500-ə yaxın döyüşçü türk kəşfiyyatının vasitəçiliyi ilə “əl-Məcd” taqımı kimi döyüş bölgəsinə dönüb.

Qeyd edək ki, Liviyaya döyüşçülər göndərməkdə Türkiyə ilə sıx əməkdaşlıq edən “Mutassim briqadası”, “Sultan Murad” və “Həmzə”, “Faylaq al-Şam” diviziyaları və “Səmərqənd briqadası” kimi fraksiyalar İdlib döyüşlərində az iştirak ediblər.

“Milli Qurtuluş Cəbhəsi”nin üzvlərini “mülayimlər” adlandırmaq olar, lakin Rusiya üçün onlar “Heyət Təhrir əl-Şam”dan fərqlənmir. Yanvarın 29-da 4 rus zabitinin öldüyü Cabal əl-Akrad bölgəsindəki pusqu “Milli Azadlıq Cəbhəsi”nin işi idi. Fevralın 3-də Saraqibdə 8 türk hərbçisinin öldürülməsi Rusiyanın Türkiyəyə cavabı idi.

İdlibdəki döyüşlər Türkiyə sərhədinə nə qədər yaxınlaşırsa, bir o qədər də “Heyət Təhrir əl-Şam”ın nəzarətində olan ərazilərə yaxınlaşır.

“Heyət Təhrir əl-Şam” ən böyük cihadçı-sələfi qrup olaraq qalsa da, “radikallar” dedikdə, Akar “əl-Qaidə” ilə əlaqəli “Hürrəs əd-Din”, “Ənsar əl-Tovhid (əvvəllər “Cund əl-Əqsa”),  “Ənsar əl-İslam” kimi kiçik qrupları, habelə “Taliban”dan ilham alan uyğur döyüşçülərin “Türkistan İslam Partiyası”, çeçenlərin “Ajnad əl-Qagqaz”, özbəklərin “İmam Buxari” və ya əsasən özbək-qırğızlardan ibarət “Tovhid” və “Cihad” briqadalarını nəzərdə tuturmu?

Bu qruplar əsasən Cisr əl-Şuğur bölgəsində və Latakiyanın kənd yerlərində olsalar da, bəziləri Hələbin qərbində və İdlibin cənub-şərqdəki “Heyət Təhrir əl-Şam” la əməkdaşlıq edirlər. Ərdoğan millətçi və mühafizəkar bazasını qıcıqlandırmaqdan çəkinərək Orta Asiya mənşəli fraksiyalara qarşı ehtiyatlı davranıb.

Suriya ordusunun qazandığı sürəti və mövcud beynəlxalq iqlimi nəzərə alsaq, nə bu qruplarla tərəfdaşlıq, nə də ərazi nəzarətini təmin etmək davamlı həll kimi görünür.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar