Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

SON DƏQİQƏ: MSK bu məntəqələrin nəticələrini LƏĞV ETDİ

17-02-2020, 17:40   
 

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədlər Səməd Rəhimli və digərlərinin müraciətinə baxılıb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü İlkin Şahbazov məlumat verib.
MSK üzvü bildirib ki, müraciət edən şəxslər həmin dairə üzrə məntqələrdə qanun pozuntularının olduğunu bildiriblər: “Şikayətçilər 35 protokol təqdim ediblər. Müəyyən edilib ki, onun 8-i orijinal, qalanları isə kserosurətdir. Bəzi protokollardan müəyyən fərqlər yaradılıb".
MSK üzvü həmin dairənin 1, 2, 3, 4, 18, 30, 35 saylı seçki məntəqələrində səsvermənin nəticəsinin etibarsız sayılmasını təklif edib. Təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Mixail Zabelindir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar