Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Gilan Holdinq”in şirkətinin bank hesabına həbs qoyulubmuş

18-02-2020, 15:00   


“Gilan Holdinq”in şirkətinin bank hesabına həbs qoyulubmuş

 "Gilan Holdinq”ə daxil olan şirkətlərdən biri "Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin borca görə bank hesabına həbs qoyulubmuş. "Qafqazinfo”nun verdiyi xəbərə görə, "MET-AK” MMC Bakı Kommersiya Məhkəməsinə müraciətində "Gilan Orchards”ın ona 131 511 manat borcu olduğunu bildirib və həmin məbləğin şirkətdən tutularaq onlara ödənilməsini xahiş edib.
Məhkəmənin qərarı ilə 2019-cu il sentyabrın 17-də "Gilan Orchards”ın "AFB Bank”dakı hesabına həbs qoyulub. Məhkəmə prosesinin yekununa yaxın tərəflər öz aralarında razılığa gəliblər və barışıq sazişi imzalayıblar. Bundan sonra "MET-AK” məhkəməyə müraciət edərək "Gilan Orchards”ın bank hesabı üzərinə qoyulan həbsin götürülməsini xahiş edib.
Sazişə görə, "Gilan Orchards” 59 655 manatlıq alqı-satqı etdiyini etiraf edib və bu məbləği 2020-ci il 1mart tarixinə qədər ödəyəcəyini öhdəsinə götürüb. Fevralın 11-də keçirilən məhkəmə prosesində "Gilan Orchards”ın bank hesabına qoyulan həbs qərarı ləğv edilib.
Qeyd edək ki, "Gilan Orchards” kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir, daha çox sitrus meyvələrinin yetişdirilməsi ilə məşğuldur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar