Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rövşən Lənkəranskinin adı “təmizə” çıxır: Qətlin sifarişçisi siyahısında yeni ad

22-02-2020, 20:00   
Rövşən Lənkəranskinin adı “təmizə” çıxır: Qətlin sifarişçisi siyahısında yeni ad

Rusiyanın nüfuzlu “qanuni oğru”su “Yaponçik”in qətlinin əsas sifarişçisinin “Maxo” ləqəbli İlya Simoniya olduğuna dair əvvəlki fikirlər şübhə altına düşüb.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, istintaqçılar Maxonun buna yetərli resurslarının olmadığı qənaətinə gəlib. İndi əsas şübhəli kimi “Merab Suxumski” ləqəbli Merab Canqveladze nəzərdən keçirilir.

Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, yaxın zamanda Maxonun qiyabi həbs qərarının verilməsiylə bağlı məhkəməyə müraciət ediləcək. Bu, onun beynəlxalq axtarışa verilməsi üçün lazımdır.

Fevralın əvvəlində Maxonun yaxın adamı hesab edilən Murtaza Şadaniya barədə həbs qərarı verilib. Şadaniya Yaponçikə sui-qəsdin təşkilatçılarından biri hesab edilir. İstintaq hesab edir ki, killerə tüfəngi məhz o verib. Hələlik istintaq materillarında Simoniyanın adı çəkilir, ancaq vəziyyət istənilən an dəyişə bilər.

Doğrudur, Maxonun Yaponçiklə şəxsi zəmində problemləri olub. Onlar 1980-cı illərdə İrkutskda birlikdə həbsxanada olublar. “Müharibə” də o zaman başlayıb. Maxo Yaponçikin nüfuzunu qəbul etməyib, o isə öz növbəsində Maxonu “qanuni oğru” saymayıb. Həbsdən sonra “müharibə” azadlıqda davam edib. Hər iki tərəfin adamları bir-birinin ardınca qurban gedib. Kriminal aləmin “xaç atası” Ded Xasan bu müharibədə Yaponçikin tərəfində dayanıb. Maxo bir-bir adamlarını, sonra isə nüfuzunu, təsir dairəsini itirib. Çox keçmədən Ded Xasan onun “tacı”nın əlindən alındığı “sxodka” çağırıb. Bu zaman Maxonun köməyinə keçmiş dostu Merab Suxumski gəlib. Ancaq bu ittifaq uzun müddət gizli saxlanılıb. Maxo bəzi maliyyə mənbələrini bərpa edib. Merabın klanı və onun yaxın dostu, “Taro” ləqəbli Tariel Onianı də bu vaxt Ded Xasanla mübarizə aparırdı. Ancaq Ded Xasanın “əlini” daha da gücləndirən Yaponçik də vardı və onlara qalib gəlmək mümkün görünmürdü. Vəziyyət 2009-cu ilin yayına- Yaponçikə sui-qəsd olana qədər belə davam etdi. Killer onu qarnından güllələdi və bir neçə ay sonra Yaponçik öldü. 2010-cu ilin yazında Ded Xasana atəş açıldı. Bu zaman onu öldürmək mümkün olmasa da, 2013-cü ildə killer işini “təmiz” gördü.

İstintaq hesab edir ki, 2009-cu ildə bu qətldə sifarişçi kimi adı hallanan Maxonun buna potensial qüvvəsi olmayıb. Bu isə sifarişçi kimi Merab Suxumskini gündəmə gətirib. Killerlər özləri də əslində əsas sifarişçinin kim olduğunu bilməyiblər.

Merab Suxumski pərdə arxasında olub. İndi istintaqda məhz belə hesab edirlər. Çünki Yaponçikin ölümündən sonra xeyli gözlədikdən sonra məhz Merab 2019-cu ildə “sxodka” keçirərək Maxoya “qanuni oğru” titulunu qaytarıb. Zaman isə ona diqqəti yayındırmaq üçün lazım olub.

Beləliklə, əgər istintaqın və məhkəmənin gedişində bu təsdiqini taparsa, Ded Xasan və Yaponçikin ölümünün azərbaycanlı “qanuni oğru” Rövşən Lənkəransinin sirafişi olması ehtimalı da aradan qalxmış olacaq.
Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar