Ana səhifə

ABŞ əsginası COVID-19-a qarşı:FEDERAL EHTİYAT FONDUNUN KORONAVİRUSA QARŞI FAİZ PEYVƏNDİ EPİDEMİYANI RAM EDƏCƏK?

    Tarix: 18-03-2020 16:40   

Larri Beynhart

“Əl-Cəzirə”, 18.03.2020

 

“CBS News” elan edib ki, “11 illik öküz bazarı ölüb”. Şübhə yoxdur ki, o, koronavirus pandemiyası baş verən anı qeyd edir. Tənəzzülün davamı olacaq. Geriləmə texniki cəhətdən bir neçə aydan çox davam edən ÜDM-in azalması ilə müəyyən edilib.

6 ay sonra, yəqin ki, geri baxacaq və tənəzzülün indi başladığını söyləyəcəyik. Siyasətçilər və xüsusilə iqtisadçılar isə virusun hər ikisinə səbəbi olduğunu söyləyəcəklər.

Bəziləri Çini, Donald Trampı günahlandıracaq, başqaları, Trampla bərabər, Barak Obamanı da. Yenə də hamısı COVID-19-u mərkəzə qoyacaq.

Hər şeyin, bütün ölkələrin bu kvazi-karantinlərlə pandemiyanı nəzarət altına alma cəhdləri real nəticələr verəcək.

Proqnozlar daha çox aviaşirkətlərin 100 milyard dollardan çox itirə biləcəyi ilə bağlıdır.

ABŞ turizmi 825 min iş yerini azaltmaqla, 24 milyard dollar itirə bilər.

İş itkisi yeni işsizlərin istifadə və ya satın alacaqları hər şeyə sürüklənəcək.

Musiqi biznesi 5 milyard dollar itirə bilər.

Bir dövlətdə iqtisadi pozğunluq digər ölkələrdə biznesin pozulmasına çevrilir.

Məsələn, “Hyundai” Çindən komponent ala bilmədiyi üçün Cənubi Koreyada avtomobil istehsalını dayandırıb. Dünya birjalarında 1,5 trilyon dollar itkiyə qədər bu, davam edəcək. Qlobal iqtisadiyyatına təxminən 2,7 trilyon dollar zərər vura bilər.

Geriləmə ilə nəticələnən bazar böhranının iqtisadi siyasətin qaçılmaz nəticəsi olduğunu söyləmək daha düzgün və faydalı olardı. Əgər COVİD-19 olmasaydı, başqa bir şey buna səbəb olacaqdı. Bəlkə bundan az dramatik. Bəlkə azca şiddətlə. Ancaq yenə də labüd idi.

Köpüklər – fond bazarı, korporativ borc, əmlak, tələbə borcu və dövlət borcu. Qarışıq halda elə böyük köpüklərdir ki, öz-özünə partlaya bilər.

Onlar Obama administrasiyasının 6 illik dövründə davam edən və sonra Trampın azaltdığı vergilərlə yaradılıb. Federal Ehtiyat Fondu və digər mərkəzi banklar 2008-ci ildəki maliyyə böhranına cavab olaraq ucuz pul selini dövriyyəyə buraxıb. O, maliyyə sektoruna və ən böyük qurumlara axıb və sel dayanmayıb.

ABŞ-da sərt iqtisadiyyat cəfəngiyatı investisiya və maddi rifahın azalmasını doğurub.

Bu, yalnız zəiflik yaratmayıb, həm də hökumətləri, xüsusən ABŞ-da resurssuz saxlayıb. Pandemiyanın iqtisadiyyata təsirinə qarşı əhəmiyyətli və yetərli maliyyə, institusional və intellektual tədbirlərin görülməsi üçün.

Trampın böhrana qarşı büdrəyən, qarmaqarışıq cavabları Amerikanın artıq elm və təbabətə sərmayə qoymadığını ortaya çıxarıb. Bu, əlbəttə ki, qismən korporasiyalara və varlılara daha çox pul qazandırmaq üçün idi. Elm, xüsusən də təbabət kömür, neft, silah, kimyəvi maddələr və s. xüsusi sənaye sahələri üçün təhlükə olaraq görüldüyünə görə.

Məxsusi müqavimət işbaz siyasətçilər və sağçı ideoloqların elmi diqqətə almama fikrindən doğub.

Xəbərdarlıqlar olub, həm də pandemiya haqqında filmlərlə. 2014-cü ildə Ebola epidemiyasına cavab olaraq Obama yeni qurum yaradıb, federal və beynəlxalq miqyasda vəsait ayırıb. Tramp və respublikaçılar həmin qurumu bağlayıb, vəsait geri alınıb.

Uzun müddətdir ki, respublikaçılar və bəzi demokratlar, ən çox da iqtisadçılar bu fikirdədirlər ki, hökumətin xərcləri real iqtisadiyyatdan pul qoparır və yeganə münasib maliyyə stimulları vergi endirimləri və aşağı faiz dərəcələridir. O hətta Obamanın da həyata keçirdiyi siyasətdir. Bu, administrasiyası dövründə gəlir bərabərsizliyini artırıb və artıq partlayan köpüyü yaratmağa kömək edib.

Zənginlər üçün vergilərin azaldılmasının səhv, uğurlu iqtisadiyyat üçün münasib olmadığını söyləyən intellektuallar və nəzəriyyəçilər demək olar ki, mövcud deyil. Dövlət xərclərinin iqtisadiyyatı necə inkişaf etdirə biləcəyi və bunu necə edəcəyinə dair fikirlər toplusu da yoxdur. Mövcud olduğu yerdə isə bu, mənəviyyat barədə ritorika və nifrətlə qarşılanır.

İqtisadiyyatı ayaqda saxlamağın ən açıq yolu hökumətin pul xərcləməsi, sərmayə qoymasıdır. Bu fikir Böyük Depressiya dövründə ingilis iqtisadçısı Con Keyns tərəfindən irəli sürülüb. O iddia edib, dövlət pullarının iqtisadiyyata yatırılması, iş yerlərinin yaradılması və işçilərin gəlirlərinin qorunması, tənəzzül dövründə özəl sektorun tələbi artırmaq və iqtisadi fəaliyyəti təşviq etmək üçün ən yaxşı yoldur.

Bunun üçün kəsir xərcləri tələb olunur. Çatışmazlıqlar, hədəfə deyil, dözülməli yan təsirdir.

O vaxtdan bəri bəziləri məhz kəsirin stimullaşdırılan iqtisadiyyatlar sehrinin yaradıcısı, buna görə də, gəlirləri azaltmaqla, onları yaratmağın daha yaxşı olduğunu söyləyiblər.

Ancaq pulun hara getdiyi real dünyada vacibdir. Vergi azaldılması dəfələrlə sınanıb və həmişə köpüklər yaradır.

Respublikaçı siyasi teologiya budur ki, ictimai rifaha xərcləmə nəticəsində yaranan defisit cəhənnəmə aparan yoldur və onunla ölənəcən mübarizə aparılmalıdır. Gəliri azaltmaqla yaranan kəsirlərin əhəmiyyəti yoxdur. Onları alqışlamaq, tərifləmək və bəyənmək olar. Trampın rəhbərliyi altında əvvəllər təsəvvür olunmayan kəsirlər artıq yaradılıb və 2019-cu ildə 1 trilyon dolları keçib.

Bir çox siyasətçilər hesab edirlər ki, iqtisadiyyatı böhrandan çıxarmağın yeganə yolu çoxlu puldur.

Federal Ehtiyat Fondu artıq 1,5 trilyon dollar kredit verəcəyini açıqlayıb. Bununla yanaşı, faiz dərəcəsini 0,25 faizdən 0,0 faizə qədər endirib. Dəyərsiz pul. Ən böyük qurumlar üçün.

Biz bunu 2008-ci ildən bəri edirik və vəsaitin hamısı böyük banklara, sonra isə möhtəkirlərin cibinə gedir.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi həm faydalı, həm də ağlabatan bir qanun layihəsi hazırlamaq üçün maliyyə naziri Stevin Mnuçinlə əl-ələ verib. Ancaq bu, Amerika və dünya iqtisadiyyatlarını COVID-19-u ehtiva edən xərclərdən xilas etməyəcək. Amerikalıların 40 faizi 400 dollarlıq təcili yardım haqqını ödəyə, 17 faizi isə aylıq xərclərin öhdəsindən gələ bilmir.

Neçəsi işdən çıxarılıb, ya da iş saatları kəsilib, ya da məktəblər bağlandığından, yaxud xəstə qohumlarının uşaq qayğısına qalmalıdır.

Bəli, COVID-19, əsl fəlakətdir. Bəli, onu ram etmək inanılmaz dərəcədə baha başa gələcək.

Tərcümə: Strateq.az

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net