Ana səhifə

Mütəxəssislər: Koronavirus 72 saat yaşayır, havada 3 saat qalır

    Tarix: 18-03-2020 18:32   

Yeni koronavirus əksər səthlərdə təxminən 72 saat qalır.
İngilis mütəxəssislərin bununla bağlı araşdırması “The New England Medicine Journal” nəşri tərəfindən dərc edilib.
Tədqiqatçılar pandemiyaya səbəb olan SARS-CoV-2 virusunun və onun prekursoru olan SARS-CoV-1-in müxtəlif şəraitdə necə yayıldığını müqayisə ediblər.
Məlum olub ki, hər iki virus təxminən eyni hərəkət edir. Məsələn, yeni virus mis və kartona nisbətən plastik və paslanmayan poladda uzun müddət yaşayır.
Bundan əlavə, havadakı patogenlərin üç saata qədər davam etdiyi qeyd edilib. Beləliklə, aparılan araşdırma koronavirusun hava damcıları ilə yoluxa biləcəyini təsdiqləyir. (azvision.az)
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net