Ana səhifə

Pulu evdə virusdan necə təmizləyək? – Həkim çirkli puldan qorunmağın yolunu göstərdi

    Tarix: 19-03-2020 19:04   

Koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində ölkədə müxtəlif qurumlar tərəfindən tədbirlər həyata keçirilir.

Bu qurumlardan biri də Azərbaycan Mərkəzi Bankıdır. Son günlər koronavirus infeksiyasının pul nişanları vasitəsi ilə də yayılması barədə məlumatlar yayıldığından Mərkəzi Bank məsələni aydınlaşdırmaq üçün məlumat yayıb.

Məlumatda bildirilir ki, bank sistemindən kənarda əhəmiyyətli həcmdə nağd pul kütləsi dövr etdiyi üçün bu pul nişanları koronavirus infeksiyası baxımından potensial risk mənbəyi ola bilər. Çünki banklarda pul dezinfeksiya edildiyi halda kənardakı nağd pulda virus ola bilmə ehtimalı yüksəkdir.

Maraqlıdır, pulu evdə necə dezinfeksiya etmək olar?

Turkustan.info bildirir ki, məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən tanınmış terapevt Rasif Bağırov qeyd edib ki, insanlar əllərini, müəyyən əşyaları necə dezinfeksiya edirlərsə, pulu da o şəkildə dezinfeksiya edə bilərlər:

“Məsələn, gündəlik spirt istifadə edirlər. Evlərində olan pula bir az spirt vura, yaxud az miqdarda xlor çəkə bilərlər. Bundan başqa pulları ev şəraitində dezinfeksiya etməyin yolu yoxdur. Dezinfeksiya üçün gərək müəyyən temperaturda xüsusi “Avtoklad”lar olsun, lakin pul o temperatura dözməz”.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net