Ana səhifə

III DÜNYA MÜHARİBƏSİNİ ƏVƏZLƏYƏN KORONAVİRUS:ABŞ-ın pulu əlində tutan ailələri çökdürmə planı həyata keçəcəkmi? - ARAŞDIRMA

    Tarix: 22-03-2020 14:10   

Ərgün Dilər

“Takvim”, Türkiyə, 20 mart 2020-ci il

 

Dünya, sanki, zəhərlərdən təmizlənir. Hər kəs baş verən hadisələri mənim kimi koronavirus vasitəsilə anlamağa, çatdırmağa çalışır.

Havada, qurudu və suda həyat durub. İstehsal dayanıb. İnsanlar evlərinə çəkilib. Qorxu böyükdür. Pul, status, güc, karyera, alış-veriş, toy, əyləncə və ziyarətlərin də bir önəminin qalmadığı dövrdəyik. Hara gedirik? Bu sualın cavabı çox dəyərlidir.

Neçə gündür “dərin Amerika”nın virusla yola çıxdığını, hakimiyyət sahələrini genişləndirmək və nəzarəti təkbaşına təmin etmək üçün bu yola girdiyini yazıram.

Bunu sadəcə mən deyil, ABŞ-da çox ağıllı şəxslər də söyləyirlər. Başqa ssenarilər də olmamış deyil. Tramp hələ 2013-cü ildə atdığı mesajlarda “Çindən dost olmaz! Müttəfiq deyil, rəqibik” deyirdi.

Bugünkü Çinin inşa edilməsində həm ABŞ, həm də İngiltərə sərmayəsinin payı vardır. Çini Çin edən onlardır. Əslində, City of London Çinin görünməyən mərkəzidir. Tramp öncəki gün “Görünməyən düşmənlə savaşırıq” deyərək də bir mesaj atdı.

Bəllidir ki, “dərin Amerika” “City of London”-a həyat verən güclə, yəni ailələrlə, populyar adı ilə desək, Rotşildlərlə və arxalarındakı ailələrlə vuruşur, onların inancları, o qədər də məlum olmayan, gizli saxlanılan ritualları ilə mübarizə aparır. “Dərin Amerika” pulu əlində tutanlara zərbə endirmək istəyir“Əkiz qüllələr”ə hücum bu işin startı idi.

Təbii, mübarizənin miqyası böyük idi və dünyanın hər yerinə yayılmışdı. Baş verən  hadisələrə ailələr tərəfindən baxanlar da olmamış deyildir. Onlar da markalaşmış şəxslərdir. Bu gün burada onlara yer verək.

Onlara görə, koronavirusun yayılması ABŞ-ın 2 il gecikmiş olan “Yeni dünya nizamı” layihəsinin startıdırVirusun Vaşinqtonda yaradıldığı artıq diskussiyaya açıq olan bir məsələ deyildir. Apardığı araşdırmalara ABŞ-da çox önəm verilən və elmi görüş kimi baxılan Larri Romanoff dedi ki, “Virus ABŞ-da yaradılıb, Çinə göndərilib”. Yəni, mərkəz ABŞ-dır. Bu, artıq məlum olan bir həqiqətdir. Özləri söyləyirlər.

Larri Romanoff ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin direktoru Robert Redfildlə görüşdü. Təqribən, 3 ay öncə ABŞ-da qripdən ölən 14 min amerikalının böyük əksəriyyətinin koronavirusdan öldüyünü qəbul etdiyin söylədi. Yəni, ABŞ öncə özündə sınaqdan keçirdi, sonra Vuhana göndərdi.

Bununla da tamamilə yeni bir durum yarandı. Dünya qarışmağa başladı. Çinin iqtisadi mənada çöküşü sürətlənincə, Avropa və Asiya da təsirlənməyə başladı. Çini, təbii, onunla birlikdə ailələri hədəf alan “dərin Amerika” da virusdan öz payını alırdı. Yeni dünya nizamına müharibəsiz keçmək istəyən ABŞ-ın da canı yanırdı.

Çin diz çökmək üzrə idiŞi Cinpinq çarəsiz olduqlarını açıqlasa da, ABŞ-ın istədiklərini tam olaraq yerinə yetirməkdə istəksiz davranırdı. Yoxsa vurusun arxasında ABŞ deyil, 100 ildir “dərin İngiltərə”ni idarə edən güc dururdu?! Məlum deyil. Bir işarət yoxdur. Ancaq koronavirus bütün dünyanı yıxarkən yalnız Rotşild ailəsindən güclü bir şəxsin şərh verməməsi də maraqlıdır.

2018-ci ilin avqustunda Ceykob Rotşild Amerikanın çöküşünün bir virusla olacağınamı eyham vururdu? O zaman Ceykob Rotşild demişdi: “II Dünya Müharibəsindən sonra qurulan qlobal maliyyə sistemi çökmək üzrədir. 2008-ci il böhranı zamanı hər kəs ortaq bir məqsəd üçün mübarizə apardı. Bu savaşda ABŞ da, İngiltərə də, Avropa da eyni uniformanı geydi. Ancaq indi hökumətlər bu sistemdən ayrıldı. 10 illik müsbət sikl yaxında tərsinə dönə bilər. Məlum olmayan, gözlənilməyən bir böhran bir anda bazarları 2008-ci ildəkindən daha pis nöqtəyə doğru yönləndirə bilər. Müharibə sonrasında qurulan nizam dolları gücləndirdi. Onu yeganə pul vahidi halına gətirdi. Bu da artıq yeni bir başlanğıca işarət ola bilər”.

Xatırlayırsınızsa, bunu çox öncə paylaşmışdım. Ancaq Bill Qeytsin də 2015-ci ildən bu yana virusla bağlı xəbərdarlıq etməsi ortada idi. Hətta onun 1980-ci ildən bəri ABŞ-ın “Roche” şirkətiylə biotexnika sahəsində şirkət evliliyi qurduğu və ortaq işlər gördüyü də sirr deyildi.

Ceykob Rotşildin “məlum olmayan, gözlənilməyən bir böhran” dediyi koronavirusmudur? Çünki dünyanın ən önəmli iqtisadçıları 2020-ci ilin adi bir il olacağına, 2021-ci illə birlikdə isə iqtisadi çətinliklərin önə çıxacağına işarət edirdilər. Kimsə 2020-ci ildə böhran gözləmirdi. Ələlxüsus da koronavirusla bağlı olan bir böhran gözlənilmirdi.

Yanvar ayının ilk həftəsində bir daha “RIT Capital Partners” fondunun investorlarına xitab etməsi gözlənilən Ceykob Rotşild bunu mart ayına təxirə saldı. Nə üçün? İddialara görə, koronavirusdan xəbəri var idi.

O, 3 ay ərzində bazarları görmək istədi. Bir neçə gün öncə də RIT Capital Partners” fondunun ən səlahiyyətli şəxslərindən olan Ron Tabbuş Ceykob Rotşildi evində ziyarət etdi. Görüş zamanı Ceykob Rotşild son dərəcə rahat idi. Və yeni dövrdə ailənin daha da güclənəcəyini söylədi. Çünki Ceykob Rotşild koronavirusun bazarlara təsirinin hələ bir müddət davam edəcəyini bilirdi. Buna da eyham vurdu. Hər zaman olduğu kimi, özünəinamını qoruyan Ceykob Rotşild, yeni şirkətlərin alınması üçün ötən il hazırlanan planı bir neçə həftə içində həyata keçirəcəklərini bildirdi. Yəni, görüşdə mahiyyətcə böhrandan söhbət getmirdi.

Verilən şərhlərə görə, Rotşild ailəsi böhrandan yenə güclənərək çıxacaqdır. Doğrusu, onlar heç bir böhrandan kiçilərək çıxmamışlar.

Təkrar koronavirus məsələsinə qayıtsaq, görərik ki, ailə böyük bir böhranı təxmin edibdir. Yəni, koronavirusdan xəbərdar olubdur.

Planı ailə qurmasa da, ona forma verdilər. Çinin ABŞ-ın istəklərinə müsbət cavab verməməsinin səbəbi də, ola bilsin, Ceykob Rotşildin Çinə dəstəyinin davam etməsidirÇünki Çinin yerinə alternativ olan başqa bir ölkə tapmaq elə də asan deyildir.

Çinin bugünkü dünya tədarük sisteminin ən önəmli dişlisi olması üçün 10 il planlı iş aparıldı. Dünyada istehlak edilən hər 100 məhsulun 18-nin Çinin payına düşməsi təsadüfi deyildir. İndi Çinin yerinə başqa bir ölkəni və ya ölkələri seçmək o qədər də asan deyildir.

Ancaq ABŞ-ın virusun yayılmasından sonrakı dövr üçün planında Çinin istehsal gücünün bir hissəsinin başqa ölkələrə keçirilməsi vardır. Bunu da açıqladılar. Hətta bunu Rotşildlərin adamı kimi tanınan Uilbur Ross açıqladı. Tramp da Hindistana getdi və 1 milyon adamla qarşılandı.

Təbii, Çində həyatın normallaşması önəmlidir. Ancaq Çinin istehsala başlamasından daha önməli olan şey istehsal olunmuş malların istehlakına şərait yaradacaq hüzurun yaranmasıdır.

Avropa və ABŞ-da virusla bağlı panika davam etdikcə, Çin istehsal edə bilməyəcək. Kütləvi ölümlər vasitəsilə səssiz bir inqilab baş verir. Çığırtıları eşidən yoxdur.

Ancaq “SARS və MERS filmin ilk fraqmenti idi” deyənləri də yox saymamalıyıq. Koronavirus isə filmdən öncəki təqdimatdır. Sonra nəyin gələcəyi məlum deyildir.

Ailələrə – həm ABŞ-dakı, həm də İngiltərədəki ailələrə daima önəm verdim. ABŞ-ın pulu əlində tutanları yox etmək gücü varmı? Erkən verilmiş bir sualdır, lakin bu, önəmlidir. Kim “yox” deyə bilər?

Dünyanın zirvəsində “anlaşma”nın əldə ediləcəyi görünmür. ABŞ sıxışarsa, yadlaşdırdığı Çinə qarşı gücdən istifadə edərmi? Müharibənin bitməsinə rəğmən, Yaponiyaya bir deyil, iki atom bombası atan ağıldan bəhs edirik…

Kimsə heç bir şey üçün “xeyr” deyə bilməz. ABŞ-ın israrla koronavirusa “Çin virusu” deməsi heç yaxşı əlamət deyildir. Londonda Çörçillin heykəlinə maska taxılması da, simvolik olaraq, çox önəmlidir.

“Kor uçuşu”na davam edirik. Baxaq, görək, fırtına sakitləşəndən sonra dünya hansı durumda ayılacaq?

Tərcümə Strateq.az-ındır

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net