Ana səhifə

Ellada Kərimova MTN-in keçmiş polkovnikinin köməyi ilə ölkədən qaçdı

    Tarix: 27-06-2020 09:29   


"Mandarin Travel" turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib.

                                             Ellada Kərimova

Virtualaz.org xəbər verir ki, "Mandarin Travel" turizm şirkətinin direktoru Ellada Kərimova onlarla vətəndaşın pullarını mənimsəməkdə ittiham olunur. Aldanan müştərilər hüquq-mühafizə orqanlarına müraciət ediblər, bundan sonra Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq Şöbəsi Xətai Rayon Məhkəməsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 178.2.2-ci maddələri ilə cinayət işinin başlanılması barədə vəsatət göndərib.

Ellada Kərimova 15 ildən çoxdur turizm agentliyinə rəhbərlik edib. Dələduzluqla bağlı cinayət işi təkcə onun özünə deyil, həmçinin əri Ceyhun Abbasov və oğlu Elmeddinə qarşı da açılıb. Ancaq Kərimova keçmiş MTN polkovniki Ofeliya Əbilhəsən qızı Mahmudova kimi nüfuzlu bir himayədar tapıb.

                                           Ofeliya Mahmudova

Mahmudovanın əlaqələri sayəsində Ellada Kərimova və övladları Elmeddin və Tamara ölkədən qaçmağı, hətta xaricdə iş tapmağı da bacarıblar. Kərimovanın əri Ceyhun Abbasov Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovnikinin “canlı girovu” olaraq qalıb.

Bununla yanaşı, Ellada Kərimova tərəfindən aldadılan vətəndaşlar polisə müraciət etməyə başlayıb, bundan sonra cinayət işi aktuallaşdırılaraq Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib. Ellada Kərimovanın özü də axtarışa verilib.

                                                 Elməddin Kərimov




Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net