Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xarici İşlər Nazirliyinin üç vəzifəli şəxsi həbs olunub

6-07-2020, 16:06   




bu gün AzərbaycanXARICI İŞLƏR NAZIRLIYI
Xarici İşlər Nazirliyinin üç vəzifəli şəxsi həbs olunub, Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
Məlumata görə, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə "vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə", Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev isə "rüşvət alma faktlarına" görə həbs edilib.
DTX onların "çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edildiyini" açıqlayıb.


Qurum şübhələrin "dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi" ilə bağlı əldə edilmiş məlumatları araşdırdıqdan sonra ortaya çıxdığını qeyd edib.
DTX adı çəkilən şəxslərin xidməti və yaşadıqları ünvanlarına və "dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə" baxış keçirildiyini açıqlayıb.
Həmin yerlərdən "nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb".
Xidmət bildirib ki, Fərhad Molla-zadə və Səlim Əlizadənin "dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsəməsi" barədə "əsaslı şübhələr" müəyyən edilib.
Məlumatda Fərhad Molla-zadənin və Səlim Əlizadənin "XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına" dair məlumatlar əldə olunduğu qeyd olunub.
"Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir,"- DTX bildirib.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xarici İşlər Nazirliyində əməliyyat iyulun 3-də keçirilib.
Qurum bildirib ki, XİN-dəki istintaq-əməliyyat tədbirlərinin keçirilməsinə səbəb bəzi vəzifəli şəxslərin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı olub.
Azərbaycan Xarici İşlər Nazirliyindən bu məsələ ilə bağlı hələlik şərh almaq mümkün olmayıb.
Bundan əvvəl Azərbaycanda Mədəniyyət Nazirliyində əməliyyat keçirilmişdi.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov həbs edilmişdi.
Bundan başqa. 2020-ci ildə ölkədə azı 6 icra başçısı vəzifədən kənarlaşdırılıb və ya həbs olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar