Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Prezident sağ olsun, bu istidə əziyyətimizi çəkdilər” – yeni yol çəkilən Əyyubludan – Reportaj/Video

8-07-2020, 12:57   



…Bu kəndin yolları bərbad, dağınıq vəziyyətdə idi. Sakinlər yay-qış zülm çəkirdilər, yaşlılar və məktəblilər min bir əziyyətə qatlaşırdılar.
Kənd əhli ümidini üzmüşdü ki, onlar heç zaman hamar, asfalt yol görməyəcəklər. Söhbət Tovuzun Əyyublu kəndindən gedir. Əyyublunun küçələri çala-çuxur, keçilməz idi. Amma o günlər geridə qaldı.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 17 km olan Əyyublu kəndinin yolları yenidən qurulub. Reportyor.info olaraq kənddən reportaj hazırlayarkən görülən işlərlə maraqlandıq, Əyyublu camaatının fikirlərini öyrəndik.
Əvvəla, Tovuzda şəhər və 4 kəndi əhatə edən ümumi uzunluğu 36 km olan avtomobil yolları əsaslı şəkildə yenidən qurulub. Onlardan biri də bərbad vəziyyətdə olmuş 17 kilometrlik Əyyublu kəndinin yollarıdır.
Artıq kəndin yolları asfaltlanıb, gediş-gəliş rahatlaşıb. Ölkədə pandemiyanın tüğyan etməsinə və virusa yoluxmaların sürətlə artmasına, çətin şəraitə baxmayaraq, icraçılar və fəhlələr fədakarlıq nümayiş etdiriblər, Əyyublu camaatını bərbad yollardan xilas ediblər.
Kənd sakinləri bizimlə söhbətində dedilər ki, Əyyublu böyük bir əziyyətdən qurtulub. Sakinlərin sözlərinə görə, pandemiya dövründə belə bir müqəddəs işin görülməsində əməyi olan hər kəs savab qazandı:
“Bizim dinimizdə deyilir ki, əl tutmaq Əlidən qalıb. Bizə də əl tutdular, kömək elədilər, kəndimizə gözəl asfalt çəkdilər.




Dövlətimizin başçısı İlham Əliyev başda olmaqla, bu işləri həyata keçirən Saleh Məmmədova, yerli idarənin işçilərinə, böyükdən kiçiyə, fəhləsinə qədər zəhməti olan hamıya təşəkkür edirik.
Pandemiya vaxtında bizə yol çəkdilər, canımızı əzab-əziyyətdən qurtardılar, var olsunlar. Təsəvvür eləməzdik ki, kənd yerində belə yol çəkilsin”.
Əyyublu camaatı danışır ki, yeni asfalt örtüyü möhtəşəmdir, rahatdır, sürücülərin işi xeyli dərəcədə asanlaşıb:
“Kəndin yollarında maşınlar tez-tez dağılırdı, kələ-kötürə düşürdü. Sağ olsunlar, bu istidə əziyyətimizi çəkdilər, təzə asfalt saldılar.

Biz dövlətimizə, prezidentimizə, Mehriban xanıma, cənab İlham Əliyevin etimad göstərdiyi Saleh Məmmədova, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinə, bütün kollektivə dərindən minnətdarıq.
Kimin əziyyəti olubsa, Allah canını sağ eləsin. Qoy həmişə dövlətimiz var olsun. Biz hər bu yola çıxanda sevinirik. Koronavirusun belə vaxtında böyük fədakarlıq etdilər”.
Əyyublu sakinləri bildirirlər ki, xüsusi karantin rejimi və pandemiya dövrü olsa da, bu çətin zamanda prezident İlham Əliyev insanların təkcə maddi, sosial rifahını deyil, yol və digər problemlərini də düşünür, həll edir.
Qeyd edək ki, AAYDA tərəfindən xüsusi karantin rejiminin tələblərinə uyğun hərəkət edilərək, Əyyubluda yolların asfaltlanması yerinə yetirilib.
Ümumiyyətlə, prezidentin dövlət qurumları qarşısında qoyduğu tapşırıqlar icra edilir, insanların problemləri həllini tapır.
REPORTYOR.info
Tovuz/ Əyyublu kəndi



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar