Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tarixdə ilk: yəhudi nazirin Bakıda 5 gün qalmasının müdhiş gizlinləri - Anaxeber.info-da…

17-09-2018, 10:18   
 
İsrailin müdafiə naziri Avigdor Liberman sentyabrın 13-dən Bakıdadır. Yəhudi nazir 5 gün paytaxtımızda qonaqdır və mühüm görüşləri var.
Anaxeber.info-nun şərhçi qrupu yazır ki, Azərbaycanda KİV Libermanın gəlişinə xüsusi diqqət ayırmasa da, “Amerikanın səsi” radiosu və İsrailin nüfuzlu “Jerusalem Post” qəzeti iki ölkə arasındakı münasibətlərə işıq salıblar.  
Müdafiə naziri niyə 5 gün Bakıda qalır? Hansı məsələlər nəzərdən keçiriləcək? Nələr razılaşdırılmalıdır? Bu suallara analitiklərin təhlillərinin və İsrail mediasının yazdıqlarının əsasında cavab tapmağa çalışmışıq.
...Rəsmi Bakı Türkiyə prezidenti Teyyub Ərdoğanın da iştirak etdiyi şəhərin azad olunmasının 100 illiyi ilə bağlı keçirilən möhtəşəm paradda hərbi texnikasını nümayiş etdirdi. Bu silahların əsas hissəsi İsraildən alınıb.
Azərbaycan Rusiya, Belarus kimi ölkələrlə də silah ticarəti həyata keçirir. Lakin deməliyik ki, Azərbaycan ötən il İsraildən silah alan ölkələr arasında üçüncü olub. Hindistan və Vyetnam bizi qabaqlayır.    
Və bu silahların paradda nümayiş etdirildiyi ərəfədə İsrailin müdafiə naziri Liberman Bakıdadır. Belə ehtimallar irəli sürülür ki, israilli nazir yeni ticari müqavilələrin bağlanması üçün ölkəmizə təşrif buyurub.
Prezident İlham Əliyev və başqa rəsmilərlə görüşüb, bu gün görüşlər davam edir. Azərbaycan tərəfinin rəsmi məlumatına görə, iki ölkə regional təhlükəsizliyi, hərbi texniki sahələrdə əməkdaşlığı müzakirə ediblər. Hansısa razılığın əldə olunması barədə məlumat yoxdur.


Müharibə şəraitində olan Azərbaycanın silahlanmaya üstünlük verməsi və büdcədən kifayət qədər hərbi texnika alınmasına vəsait xərclənməsi reallıqdır.  
Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olmuş İlham İsmayıl deyir ki, böyük ehtimalla, İsrailin müdafiə işlər nazirinin bu dəfəki səfəri də silah anlaşmalarını hədəfləyib, müdafiə sənayesi sahəsində əməkdaşlıq da müzakirə mövzusu ola bilər.
Siyasi şərhçi Rauf Mirqədirov deyir ki, İsrailin dostları dünyada azalır, son vaxtlar Türkiyə ilə də münasibətləri pisləşib.
Şərhçi bildirir ki, Azərbaycan isə müsəlman dünyasındakı tərəfdaşlarını nəzərə alır, məsələn, hələ də İsraildə səfirliyini açmır.
Anaxeber.info-nun şərhçi qrupu yazır ki, Azərbaycan bu qıcıqları gücləndirməmək üçün ən azı səfirliyini açmır. İran nümayəndələri vaxtaşırı Azərbaycan və İsrail yaxınlığı ilə bağlı narazılıq ifadə ediblər. Amma İran da öz xarici siyasətini quranda Azərbaycanı nəzərə almır.
İsraillə neft və silah məsələsində yaxından əməkdaşlıqdan savayı, ABŞ-dakı bəzi İsrail lobbi qruplarının da Azərbaycan rəsmilərinə dəstəyi barədə zaman-zaman mediada məlumatlar səslənir.
Bu siyasi münasibətlərdə hər hansı narahatlıq olmadığı üçün Libermanın Bakıya 5 günlük səfərinin sırf silah ticarəti xarakteri daşıdığını söyləmək olar. Libermanın olduqca sıx qrafiki var. O, sentyabrın 12-də Gürcüstana qısa səfər edib və ertəsi gün dərhal Bakıya yola düşüb.
Bakıda Liberman Azərbaycan prezidenti İlham Əliyevlə saatlarla sürən danışıqlar aparıb, daha sonra müdafiə naziri, fövqəladə hallar naziri, Sərhəd Qoşunlarının komandanı ilə görüşlər keçirib.
İsrail müdafiə nazirinin Azərbaycanın xarici işlər naziri, baş naziri və baş nazirin müavini ilə görüşləri də nəzərdə tutulub. İsrail Müdafiə Nazirliyindəki mənbələrdən virtualaz.org-a məlum olub ki, A.Libermanın Bakı səfəri sentyabrın 17-nə qədər davam edəcək.
Beləliklə, İsrail dövlətinin müdafiə naziri və bu ölkənin aparıcı siyasi xadimlərindən biri Azərbaycanda daha 3 gün qalacaq. Bu, misli görünməmiş haldır və hansısa ölkənin müdafiə nazirinin 5 günlük xarici səfərinə rast gəlinməyib.
Libermanın səfərinin bu cür uzun çəkməsi və danışıqların, görüşlərin intensivliyi Azərbaycanla İsrail arasında münasibətlərin strateji xarakterini, İsrail dövlətinin regionda, xüsusən də Azərbaycan ətrafında cərəyan edən geosiyasi proseslərə xüsusi diqqətini nümayiş etdirir.
Azərbaycan bu vaxta qədər İsraildən 5 milyard dollar civarından silah və hərbi texnika alıb. Azərbaycan ordusu bu silahlardan 2016-cı ildə erməni separatçılarına qarşı da istifadə edib və hamı bu texnikanın yüksək keyfiyyətini gördü.
Azərbaycan İsrailin məşhur ”Dəmir günbəz" raketlərdən müdafiə sisteminə də maraq göstərir. Əgər İsrail bu qurğunu Azərbaycana satsa Rusiyanın Ermənistana verdiyi raketlər Azərbaycan üçün təhlükəli olmayacaq.
Rusiyadan fərqli olaraq İsrail Ermənistana silah vermir. Çünki bu silahı almaq üçün Ermənistanın pulu yoxdur.
Digər tərəfdən Liberman Azərbaycana səfərlər edir, rusiyalı rəsmilər kimi daha sonra balans naminə Ermənistana getmir. İkincisi, ermənilərin Fələstin və Livanla yaxınlığı yəhudilərin onlarla münasibətlərində divar hörüb.
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar