Ana səhifə

"Jurnalistlərin həbsi hökumətin özünün əleyhinə işləyir"

    Tarix: 04-05-2019 10:38   
 

Mayın 3-ü dünya ölkələrində Beynəlxalq Mətbuat Azadlığı Günü qeyd edilir. “Yeni Nəsil Jurnalistlər Birliyi”nin rəhbəri Arif Əliyev Amerikanın Səsinin Amerika icmalı proqramında müsahibədə Azərbaycanda medianın durumu və jurnalistlərin qarşılaşdığı problemlərdən danışıb.

Arif Əliyev Azərbaycan mediasının bugünkü problemlərini “xroniki problemlər” adlandırıb. O hələ də həbsdə bir sıra jurnalistlərin olmasının media sahəsində əsas problemlərdən biri olduğunu deyib. Arif Əliyev əsas problemlər arasında qanunvericilikdə əksini tapmış məhdudiyyətləri qeyd edib.

Biz hər bir jurnaligörürük.

“Difamasiya ilə bağlı qanunvericilikdə dəyişikliklər etmək lazımdır. İnformasiya əldə etməklə bağlı son dövrlərdə, son onillikdə qoyulan məhdudiyyəti aradan qaldırmaq lazımdır ki, xüsusən tədqiqatçı jurnalistika inkişaf etsin və s. Və bundan sonra köklənmək lazımdır ki, Azərbaycan mediasının əvvəlki nüfuzu əvvəlki gücünün bərpa olunmasına.”

Arif Əliyev Azərbaycanın beynəlxalq təşkilatların hesabatlarında media azadlığı səviyyəsinin aşağı olduğu ölkələr arasında göstərildiyini qeyd edərək, həbsdə olan jurnalistlərin azad edilməsinə çağırıb.

“Həbsxana burada üsul deyil. Həbsxana bu jurnalistlərlə münasibətdə onu işlədənin əleyhinə, onu tətbiq edənlərin əleyhinə işləyir. Görürsünüz o siyahıları və bəlkə də media vəziyyəti bizdən ağır olan ölkələr bizdən öndədirlər bu siyahıda. Niyə? Çünki bizim həbsxanada jurnalistlərimiz var. Niyə? Çünki biz qanunvericiliyi doldurmuşuq heç işləməyən, lazım olmayan məhdudlaşdırıcı bəndlərlə.”

Arif Əliyev deyib ki, peşə fəaliyyətinə görə media nümayəndələrinin həbslərinə son qoyulmalıdır.

“Həbsdə olan jurnalistlərlə peşə fəaliyyəti ilə bağlı olan, mən burada tam səmimi olaraq bu ifadəni işlədirəm, çünki kimi tuturlar deyirlər bu peşə fəaliyyəti ilə bağlı deyil. Axı hər şey görünür, hər şey üzdədir və biz bu sahənin adamlayırıq. Biz hər bir jurnalistə qarşı təzyiq faktının arxasında nə dayandığını dərhal görürük. Və dərhal bunu hər yerə yayırıq. Ona görə bu problemi aradan qaldırmaq lazımdır. Bu nə jurnalistikanın problemi olmamalıdır, nə cəmiyyətin problemi olmamalıdır. Bu yalnız hakimiyyətin özünün və ölkənin ayağından asdığı yükdür ki, ondan azad olmaq lazımdır. Və ondan hamı xeyir görəcək.”

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net