Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycan və Aİ arasında sazişi insan haqları məsələsi əngəlləyir

15-05-2019, 12:00   


Azərbaycan prezidenti İlham Əliyev “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunmuş tədbirdə iştirak üçün mayın 13-dən Brüsseldə səfərdə olub.

Bir çoxları bu səfər zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında sazişin nəhayət imzalanacağını gözləyirdilər. Lakin bu baş verməyib.

Əməkdaşımız bunun niyə baş vermədiyi barədə sualı Avropa İttifaqının genişlənmə üzrə komissarı Johannes Hahna verib. Cənab Hahn deyib:

“Bu məsələdə daha önəmli olan keyfiyyət, daha az önəmli olan sürətdir. Biz Azərbaycanla həm Avropa İttifaqı, həm də Azərbaycan üçün həlledici əhəmiyyətə malik sazişə dair danışıqların son mərhələsindəyik. Biz bu danışıqlara 2015-ci ildə başlamışıq. Odur ki, mənim üçün bu sazişin mayda və ya iyunda hazır olması önəmli deyil. Düşünürəm ki, bu, qarşıdan gələn bir-iki həftədə həll olunacaq”.

Müxbirimiz daha sonra cənab Hahndan soruşub ki, bu sazişin imzalanmasına mane olan əsas əngəllər nədir və sazişdə insan haqlarına dair müddəalar yer alacaqmı? Johannes Hahn deyib:

“Burada əlbəttə insan haqlarından nəsə olacaq. Əslində bu, açığını deyim, vaxtın bu qədər uzanmasının səbəblərindən biridir. Azərbaycan diqqətini daha çox, bizim üçün də mühüm olan iqtisadi tərəfə yönəldib. Lakin bizim bütün partnyorlarımızla sazişlərimizdə insan haqlarına dair fəsil var”.

Daha sonra müxbirimiz İlham Əliyev və Nikol Pashinian arasında görüş barədə sual verib. Hahn təsdiq edib ki, bu görüşdə Dağlıq Qarabağ məsələsi müzakirə olunub:

“Hər ikisi bu məsələni qaldırdılar… Mən düşünürəm ki, burada danışıqlar üçün mühüm olan təkan verilə bilər. Bundan başqa bizim (Avropa İttifaqı – red) prezidentimiz də aydın şəkildə bildirdi ki, bizim Avropa İttifaqı olaraq gözləntimiz Şərq Tərəfdaşlığı daxilində belə bir problemin həllini tapmasıdır. Mən əminəm ki, qarşıdan gələn illərdə deyil, bir-iki ayda bu məsələnin həlli üçün yeni enerji olacaq və mən belə başa düşürəm ki, indi hər iki tərəfdə bu məsələyə ciddi yanaşmaq marağı var”.

Azadlıq radiosu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar