Ana səhifə

Putin Paşinyana Qarabağla bağlı söz verdi ki... - Rusiyadakı görüşün SENSASİON DETALLARI

    Tarix: 08-06-2019 09:57   
 

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinlə Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forumu çərçivəsində bir araya gəlib. Görüşdən sonra liderlərin gündəmi ilə bağlı ziddiyyətli açıqlamalar verilib. Paşinyan mətbuat katibi Vladimir Karapetyan bildirib ki, keçirilən görüş zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər. Lakin Kremlin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, tərəflər arasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb. İkitərəfli münasibətlərlə və ticari-iqtisadi əməkdaşlığın müxtəlif aspektləri ilə bağlı ətraflı danışıqlar baş tutub.
Tərəflərin bir-birini təkzib edən bəyanatlar verməsi o qədər də maraq doğurmayan görüşə birbaşa diqqət çəkib.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən siyasi şərhçi, sabiq dövlət müşaviri Qabil Hüseynli bildirir ki, ziddiyyətli açıqlamaların verilməsi Dağlıq Qarabağ üzərində hakim hüquqların Rusiyaya məxsusluğu anlamına gəlir:
“Rusiya bu məsələnin sərəncam vericisidir. Vaxtilə erməniləri I Pyotrun vəsiyyətinə uyğun olaraq indiki Ermənistan ərazisinə, daha sonra bizim xanlıqların bəylərinin səriştəsizliyindən istifadə edərək Dağlıq Qarabağa köçürülməsi indi ruslara imkan verir ki, bu qüvvədən öz bildiyi kimi istifadə etsin. Bundan əvvəl Qazaxıstanın paytaxtında Ermənistanın baş naziri Nikol Paşinyan acıq edərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısını yarımçıq tərk etdi. Heç bir açıqlama vermədən də İrəvana qayıtdı. Yəqin ki, Paşinyanın belə “dəli-dolu” hərəkətindən məmnun qalmasalar da, belə adamların barmaqlarında oynatmaqları sevirlər. Putin Paşinyanla görüşmədiyinə görə, o, Nur-sultandakı toplantını tərk etmişdi. İndi isə onu rəsmi qaydada Moskvaya dəvət etdilər və Putinlə rəsmi görüş keçirildi. Dmitri Peskov gözünün içinə qədər yalan deyir ki, görüşdə Dağlıq Qarabağ məsələsi müzakirəsi edilməyib. Başqa nədən danışacaqlar? Yoxsda sürətlə inkişaf edən Ermənistan iqtisadiyyatının istehsal etdiyi məhsulların dünya bazarına yayılmasından söhbət açıblar? Yaxud da Ermənistan-Rusiya dostluğunun çiçəklənməsini qeyd ediblər? Əlbəttə ki, Dağlıq Qarabağdan danışıblar”.

Politoloq vurğulayıb ki, İrəvan, ən azı, bir aydır, həyəcan içindədir: “Naxçıvanda Azərbaycanla Türkiyə ordusu birgə təlimlər keçirir. Təlimlərdə bütün qoşun və silah növlərindən istifadə edilir. Bir aydan çoxdur ki, dördüncü dəfə olmaqla, Azərbaycan ordusu çox böyük hərbi təlim təşkil edib. Bu təlimlər təmas xətlərinə yaxınlaşdırılıb. Müharibə şəraitinə uyğunlaşdırılıb və ehtimal olunan müharibənin bütün variantları sınaqdan keçirilir. Ermənilərin gözünün önündə müasir texnika böyük vahimə yaradır. Bu vahimə bir az da əsəbləri yerində olmayan Paşinyana çatır. O da Putinə zəng edib. Putin də Nursultanda görüşməyə söz verib. Amma bu görüş təşkil olunmadı. Sonradan Paşinyanın acığını görüb daha təmtəraqlı görüş reallaşdırdılar. Paşinyan da “uça-uça” Moskvaya getdi. Bu halda nədən danışmaq olardı? Azərbaycan ordusunun təlimlərindən, Türkiyə ordusunun Naxçıvana gəlməsindən. Azərbaycan mətbuatına istinad edərək tezliklə Naxçıvanda Türkiyənin hərbi bazasının yaradılmasından.
Daha sonra İrandan Azərbaycana dəstək məqsədli mesajlar gəldi. Bundan əlavə, Məkkə şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatında Azərbaycanı dəstəkləyən, müsəlmanları Qüds və Dağlıq Qarabağ ətrafında birləşdirməyə çağıran sərt bəyanat verildi. Bu da Paşinyanın bağrını yarırdı. Ona görə gedib dərdini Putinə açdı. Vladimir isə əlbəttə, onu sakitləşdirdi və müəyyən vədlər verdi. Dedi ki, qorxmağa səbəb yoxdur. KTMT-nin üzvüsən, Rusiya ilə Ermənistan ordusu birləşdirilib. Yeri gələndə hər iki ordu birgə hərbi əməliyyatlara keçə bilər. Üstəlik, vəziyyət tam qənaətbəxş olmasa da, mərkəzi Rostovda yerləşən 62-ci orqan köməyə gələ bilər”.
Zümrüdшаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net