Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanın yalançı deputatları

21-08-2019, 09:26   
Azərbaycanın yalançı deputatları

"Yalan, ola bilsin, bir problemi həll edə bilər, amma özü ilə daha yüz problem gətirər". (Uilyam Porter)
"Relax” İstirahət Mərkəzində deputat İqbal Məmmədovun oğlunun vergi işçilərini döyməsi millət vəkilinin çox vacib bir "keyfiyyətini" üzə çıxardı. Deputat oğlunun "Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşları döyülməsi xəbərini təxribat adlandırdı. 




İ.Məmmədvun açıqlamasından sitat:"Mən bu gün gəlmişəm. Baş verən hadisədən xəbərdaram. Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən "Relax”da yoxlama aparırlar. Dava "Relax”ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib. Oğlum və qohumlarımın saxlanılması xəbəri yalandır”. 
Bir neçə saat sonra Baş Porokurorluq və Vergilər Nazirliyinin yaydığı birgə məlumatla deputatını yalanını üzə çıxardı. Məlum olu ki, deputatın oğlu Mirəhəd 
Nərimanlı, qardaşı oğlu Nərimanlı və digər 4 nəfər qohumu həbs edilib.  

İqbal Məmmədov 
Azərbaycanda yalançı deputatlar İ.Məmmədovla məhdudlaşmır. Bir müddət əvvəl deputat Elmira Axundova da oğlu ilə bağlı yayılmış xəbərləri təxribat adlandırmışdı. Criminal.az saytı Azərbaycanlı model, "Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Mirzəyevanın olduğu və bataraq dünyasını dəyişdiyi yaxtanın Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundova aid olduğunu yazmıdı. Deputat Elmira Axundova dərhal mətbuata açıqlama verərək oğlunun adı hallanan ölüm hadisəsi haqqında yayılan məlumatları təkzib etmişdi:
E.Axundovanın dediklərindən sitat: "Ölüm hadisəsi baş verəndə Bakıda olmamışam. Ətraflı olaraq oğlumun özündən soruşa bilərsiniz. Lakin onu da deyə bilərəm ki, oğlum da hadisə yerində olmayıb. Orada olan şəxs onun dostu olub. Haqqında yayılan məlumat isə doğru deyil. Oğlum bu hadisədən sonra orada olmadığı üçün heyfsləndiyini bildirib. Əgər orada olsaydı, batan qızı xilas edərdi. Çünki 15 il üzgüçülüklə məşğul olub. Bu, sadəcə, bədbəxt hadisədir. Burada nə Həbibin, nə də onun dostunun günahı var. Xəzərdə hər yay minlərlə adam boğulub, dünyasını dəyişir. Ümumiyyətlə, Həbibin heç yaxtası olmayıb. Təfərrüatları tam olaraq bilmirəm. Bu hadisəni şişirdənlər də bizim düşmənlərimizdir. Onlar başqasının bu cür hallarına sevinir. Belə düşmənlərə insan adını da verə bilmərəm. Oğlumun heç bir günahı yoxdur. Sadəcə, onu deyə bilərəm ki, məlumat yanlışdır”.

 
Elmira Axundova 
H.Axundov da Criminal.az saytına açıqlamasında G.Mirzəyevanı tanımadığını bildirmişdi: ''Deyilənlərin hamısını yayan bəzi insanlar var. Onların yaydığı informasiyalar sənə də çatıb. İş məhkəmədədir, məhkəmənin nəticəsi barədə məlumat tutarsız. Nə qız məsələsi? Mənim başqa işlərim var. Güneli isə tanımıram. Mənim yaxtam da yoxdur. Mənim daha heç nəyim yoxdur. Özünüz nə istəyirsiz araşdırın. Nə istəyirsiniz yazın. Siz prokurorsuz, polissiniz ki, sizə məlumat gəlir? Sorğu verin, nə cavab alırsınız yazın. Məni daha narahat etməyin. Bu məsələ ilə bağlı heç bir fikrim yoxdur''.  

Həbib Axundov
 Daha sonra isə Elmira Axundovanın oğlu Həbib Axundov modelin ona məxsus olan yaxtada boğulmasını etiraf etdi: "... 2017-ci ilin iyunun 24-də Günel Mirzəyeva dostları ilə dənizdə çimərkən boğulub. Həmin gün mən də onlarla idim. Lakin təəssüflər olsun ki, hadisə baş verən zaman sahildə idim. Və bu səbəbdən də hadisələrin gedişatına təsir edə bilmədim. Buna görə dərin peşmançılıq hissi keçirəm. Əgər onun yanında olsaydım Güneli mütləq xilas edə bilərdim. Çünki üzməyi çox yaxşı bacarıram və həyatımda Xəzərdə boğulmaq təhlükəsilə qarşılaşan bir neçə insanı xilas etmişəm.

Günel Mirzəyeva 
... Demək olar ki, 4 gün boğulmuş qızın meyitini axtardıq. Və bu müddət ərzində Günelin valideynləri və bacıları ilə birgə sahildə olduq. Bu gün də onların yanındayıq. Dostumuzun faciəli ölümündən yaxınları qədər biz də təsirlənmişik. Bu dərd, bu yara ölənə qədər qəlbimizdə qalacaq... Əlbəttə ki, Günelin ölümü ilə bağlı cinayət işi açılıb, araşdırmalar aparılıb. Gizlətməli heç nə olmadığından hadisəni təbii ki, olduğu kimi danışdıq. Hərtərəfli araşdırmadan sonra bu, bədbəxt hadisə kimi qiymətləndirildi və cinayət tərkibi olmadığından işə xitam verildi".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar