Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

AŞPA prezidentinə Gəncə hadisələrindəki işgəncələrdən danışılıb

12-09-2019, 21:08   
 



Bakıda səfərdə olan AŞPA prezidenti Lilian Mori Paskye sentyabrın 12-də Azərbaycanın bir qrup hüquq müdafiəçisi ilə görüşüb.
Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin həmsədri Arzu Abdullayeva Turan-a bildirib ki, AŞPA rəhbəri rəsmi şəxslərlə görüşdən öncə bu görüşü çox vacib saydığını qeyd edib.
Görüş zamanı Azərbaycan ictimaiyyətini narahat edən problemlər, o cümlədən QHT-lərin fəaliyyətində məhdudiyyətlər müzakirə edilib.
Vətəndaşların siyasi motivlərlə təqib olunması məsələsinə toxunan hüquq müdafiəçiləri qeyd ediblər ki, yeni cinayət işlərinin sayının azalmasına baxmayaraq, inzibati həbslərin sayı artıb. Bundan əlavə, əvvəllər həbslər 10 sutkadan 30 sutkayadək olurdusa, indi 2 ayadək həbs cəzası verirlər.
Siyasi məhbusların problemlərinə gəlincə, siyahılar fərqlidir. Bu, Gəncə hadisələri üzrə 52 nəfərin mühakimə edilməsilə bağlıdır. Bu məsələ cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da A.Abdullayeva ilkin istintaq zamanı iş üzrə keçən şəxslərlə qeyri-insani rəftar edildiyini bildirib.
Vətəndaş cəmiyyətinin vəziyyətinə gəlincə, fəallar qeyd ediblər ki. QHT haqqında indiki mürtəce qanun vətəndaş cəmiyyəti institutlarına mənfi təsir göstərir.
AŞPA prezidentinə seçkilər zamanı demokratiyanın pozulması, vəkillərin işdən kənarlaşdırılması və ictimai fəalların təqib edilməsi faktları barədə məlumat verilib.
Görüşdə hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Əvəz Həsənov, Mehriban Zeynalova, jurnalist Mehman Hüseynov, vəkil Əsabəli Mustafayev və digərləri iştirak ediblər.
AŞPA prezidenti sentyabrın 11-12-də Azərbaycanda səfərdədir.
Müəlliflər: Meydan TV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar