Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bərdədə YAP-ın elektoratında ciddi narazılıq – büdcə təşkilatlarında çalışanların əmək haqqından 50-60 manat civarında pul tutulur

3-10-2019, 10:28   
 

Bərdədə büdcə təşikatlarında çalışanlar arasında ciddi narazılıq var.  ANAXEBER.info-ya daxil olan xəbər görə, narazılığın səbəbi onlardan qeyri-qanuni “rüsum” yığılmasıdır. Məlumatda deyilir ki, heç bir səbəb göstərilmədən büdcə təşkilatlarında çalışanların əmək haqqından 50-60 manat civarında pul tutulur. İşçilər bunun səbəbi soruşsalar da, Bərdənin icra başçısı Vidadi İsayevə eyham edilərək “göstəriş yuxarıdandır” cavabından əlavə heç nə öyrənə bilməyiblər. Bu da onların ciddi narazılığına səbəb olub.Beləliklə, artıq Vidadi İsayev hakim Yeni Azərbaycan Partiyasının (YAP) əsas elektoratı olan büdcə təşkilatlarının işçilərini də hakimiyyətdən narazı salmağa başlayıb.Ümumiyyətlə, son vaxtlar Bərdədə narazılıq pik həddə çatıb. Bu da Vidadi İsayevin fəaliyyəti ilə bağlıdır. İcra başçısının fəaliyyəti demək olar ki, əhalinin bütün təbəqələrində mövcud hakimiyyətə qarşı etiraz formalaşdırıb. Vidadi İsayevdə çoxsaylı şikayətlər olsa da, onun icra başçısı kimi fəaliyyətini davam etdirməsini hökumətdə güclü dayaqlarının olması ilə izah edənlər var. Əslində isə artıq əhalidə ciddi narazılıq yaradan məmurların iqtidar komandasından uzaqlaşdırılması prosesinə start verilib. Bir neşə gün əvvəl Ağsunun icra başçısı Ənvər Seyidəliyevin işdən çıxarılması, deputat vəsiqəsini borc müqabilində girov qoyan, bir neçə vətəndaşdan pul alıb qaytarmaq istəməyən Rafael Cəbrayılovun mandatn imtinaya məcbur edilməsi bunun bariz nümunəsidir. Narazılıq artdıqca bu prosesin daha geniş vüsət alacağı və məmur ordusunun əhəmiyyətli hissəsini əhatə edəcəyi şübhəsizdir.
 ANAXEBER.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar