Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Hakimiyyətin idarə etmə qabiliyyəti iflasa uğrayıb!”

13-10-2019, 11:00   
 
“Hakimiyyət elementar aksiomaları başa düşməyənlər sadəcə olaraq nadandır.”
AnTV.az xəbər verir ki, bu sözləri Azərbaycanın Milli Məclisinin sabiq sədri, tanınmış ictimai siyasi xadim Rəsul Quliyev “Milli Şura”-nın 8 oktyabr piketini ərh edərkən bildirib.
Məşhur siyasətçi bildirib ki, hakimiyyətin piketə icazə verib zorakılıq etməsi hakim partiyanın iflasından xəbər verir:
“Hökümətin piket aksiyasına icazə verməsi və ardınca aksiyanın keçirilməsinin qarşısını almaq üçün polisin azğınlıq etməsi ən azından hakimiyyətin idarə etmə qabiliyyətinin iflasından xəbər verir. Birincisi, konstitusiya ilə mitinq və ya piket keçirtməyə hökümətin icazə verməmək səlahiyyəti yoxdur. İkincisi, dinc yolla mitinq keçirənlərə qarşı zor işlətmək cinayətdir və bu işi törədənlər məhkəmədə cavab verməlidirlər.
Eks-spiker bu halların Azərbaycanda olmayacağını qeyd edib:
“Bunlar heç birisi olmayacaq çünki bura ifrat avtoritar rejimli Azərbaycandır.”

R.Quliyev çıxışının sonunda qeyd edib ki, dünya sivilizasiyası bu kimi halları qəbul etməyəcək:
“Ancaq camata qarşı belə mövqedə olan hakimiyyəti, ölkəni, heç vaxt sivil dünya qəbul etməz. Bu elementar aksiomaları başa düşməyənlər sadəcə olaraq nadandırlar.”
Nurlan Cəfəri
AnTV.az


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar