Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya hakimiyyətində nə baş verir?

17-01-2020, 08:20   

Rusiya prezidenti Vladimir Putin Federal Vergi Xidmətinin rəhbəri Mikhail Mishustin-in baş nazir vəzifəsinə namizədliyinə baxılması üçün ölkə parlamenti – Dövlət Dumasına müraciət edib.

53 yaşlı Mishustin hökumət orqanlarında 1998-ci ildən çalışır və 2010-cu ildən Federal Vergi Xidmətinin rəhbəridir.

O özündən əvvəlki üç vergi nazirinin müavini vəzifəsində işləyib.

Putinin baş nazirliyə namizədinin xanımı ən varlı məmur arvadlarının siyahısındadır

AzadlıqRadiosunun Rus xidməti yazır ki, 2014-cü ilin nəticələrinə görə Mishustin-in xanımı Forbes jurnalının ən zəngin məmur arvadlarının siyahısına daxildir və sərvəti 160 milyon rubl (2, 6 milyon dollar) civarında təxmin edilir.

İzvestiya qəzeti yazır ki, Mishustin “Gecə xokkey liqasında” oynayır.

O Rusiyanın Mərkəzi Ordu İdman Klubunun hamiləri şurasının üzvüdür.

Medvedev gözlənilmədən istefa verir

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Rusiyanın baş naziri Dmitry A. Medvedev və onun hökuməti yanvarın 15-də gözlənilmədən istefa verib.

The New York Times yazır ki, bu akt prezident Vladimir Putin üçün hökumətdə özünə sadiq fiqurların yerləşdirilməsinə yol açır.

Rusiya dövlət televiziyası bildirir ki, Medvedev Təhlükəsizlik Şurası sədrinin müavini təyin ediləcək. Bu qurumda sədr Putindir.

Bu xəbərdən az əvvəl bildirilmişdi ki, Vladimir Putin Konstitusiyaya parlamentin və Dövlət Şurası adlandırılan qurumun səlahiyyətlərini artıran dəyişikliklərin edilməsini təklif edib.

Hazırda Dövlət Şurasının çox məhdud səlahiyyətləri var.

Konstitusiya yenə dəyişdiriləcək

Vladimir Putin Rusiyanın Federasiya Şurasına müraciəti zamanı demişdi ki, ölkənin 1993-cü il tarixli Konstitusiyasına düzəlişlər edilməlidir.

O bildirmişdi ki, bu düzəlişlərdən biri də parlamentin səlahiyyətlərinin artırılmasıdır.

Təklifə görə parlamentin aşağı palatası – Rusiya Dövlət Dumasına hökumət nazirlərinin və baş nazirin təyin edilməsi səlahiyyəti veriləcək.

Bu səlahiyyətlər hazırda Rusiya prezidentindədir.

Eyni zamanda Putin bəyan edib ki, Rusiya “güclü prezident respublikası” olaraq qalmalıdır.

Belə sistem prezidentə baş naziri təyin etmək və ya onu vəzifəsindən çıxarmaq, müdafiə və təhlükəsizlik rəhbərlərini təyin etmək səlahiyyəti verir.

Rusiya prezidenti əlavə edib ki, baş verən dəyişikliklərin radikallığı nəzərə alınaraq onların ümumxalq səsverməsinə – referenduma verilməsi zəruridir.

Putin referendumun keçirilməsi üçün dəqiq tarix verməyib.

Şərhçilər bildirirlər ki, bu, Putinin 2024-cü ildən sonra da hakimiyyətdə qalmasını təmin edəcək planının ilk addımıdır.

Rusiya Konstitusiyası bir nəfərin dalbadal yalnız iki müddətdə prezident olmasına imkan verir.

Putinin prezident kimi səlahiyyət müddəti 2024-cü ildə başa çatır.

Azadlıq radiosu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar