Ana səhifə

Qapanma rejimi nəticə vermədi - ''Hökumət əhalidən üzr istəməlidir''

    Tarix: 21-06-2020 09:19   
 
TƏBİB rəsmisi həftəsonu qapanma rejiminin nəticə vermədiyini etiraf edib
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva son iki həftəsonu ərzində qapanma rejiminin əks nəticələr verdiyini bildirib.
Yaqut Qarayeva bu açıqlamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində səsləndirib.
O, etiraf edib ki, bu qərarla istədikləri nəticəni əldə edə bilməyiblər.
Yaqut Qarayeva deyib ki, daha çox sosial əlaqələrin azaldılması üçün çalışırlar:

"Qohum, tanış fərq etmir, hər kəs yoluxma qaynağı ola bilər".
Yaqut Qarayeva bildirib ki, iyunun 19-dakı statistikanın nəticəsi olaraq Azərbaycanda xüsusi karantin rejimi 1 avqusta qədər uzadılıb.
Hüquqşünas Cavad Cavadov Yaqut Qarayevanın açıqlamasına istinad edərək hökumətin üzr istəməli olduğunu söyləyib:


“İnsanları şənbə-bazar evə qapatmaq qərarının səhv olması etiraf olunursa, o zaman bütün yazılan cərimələr, inzibati həbslər ləğv edilməli, hüququ pozulmuş şəxslərin hüquqları bərpa olunmalı, əhalidən üzr istənilməlidir”.




Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : [email protected]
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net