Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Cahangir Əsgərovun milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır - FOTO

6-07-2020, 20:42   


Cahangir Əsgərovun milyonluq mülkü: 500-ə yaxın Hələb keçisi saxlayır - FOTO


"Pandemiya ilə əlaqədar AZAL-a 87 milyon dollar vəsait ayrılmışdı. AZAL isə aylardır vətəndaşları incidir, çarter reysləri ilə 2-3 qat baha qiymətinə biletləri camaata sırıyır, halbuki normal ölkələrdə dövlət özü vətəndaşlarını pulsuz vətəninə təxliyə edir, hətta Türkiyə də".
Bunu Meydan.Tv-nin həmtəsisçisi Həbib Müntəzir feysbukda yazıb. 
Onun sözlərinə görə, Cahangir Əsgərovun dövlətdən aldığı pullar şəxsi maraqlarına xərclənir: "Sizin pullarınızdan təşkil olunan dövlət büdcəsindən illərdir yardımlar alır. O vəsaitlər də Cahangir Hacıyevin ölkədəki villalarına, malikanələrinə, hotellərinə xərclənir ki, bu da onlardan biridir, tanış olun:
Nabranın ən səfalı, göz oxşayan yerində, Günəşli adlanan ərazidə AZAL sədri Cahangir Əsgərovun 30 hektarlıq ərazidə, meşənin içində iki malikanə və hoteli var. "River Inn Boutique" adlanan hotelin yanında özünə lüks malikanə tikdirib, yanında da helikopter dayanacağı".
"Geniş bilyard salonu, SPA mərkəzi, boulinq, 100 nəfərlik kinozal, iri kitabxana, fittnes salonu, əyləncə mərkəzi, restoran və bardan ibarət olan ərazi milyon dollarla ölçülür. Ərazidə süni göl və kanal da var. Hotelin yaxınlığında 500-ə yaxın Hələb növünə məxsus keçilər saxlayır. Onlara xüsusi çobanlar nəzarət edir, içəridə tovuzquşudan tutmuş müxtəlif cür heyvanlar mövcuddur. Xadimə və xidmətçilərin, bağbanların da qaldıqları tikililər ərazinin tərkib hissəsidir", - jurnalist yazıb.  
Google Maps: https://goo.gl/maps/HfSwzi3MdBP5uePFA
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar