Ana səhifə

“Emil 444”ü öldürən şəxs tutuldu

    Tarix: 10-05-2019 11:11   


 

Bakıda dünən axşam kriminal aləmin üzvü kimi tanınan “Emil 444” ləqəbli şəxsi bıçaqlayaraq öldürən şəxs saxlanılıb.

Yeniavaz.com qafqazinfo-ya istinadən xəbər verir ki, mayın 9-u axşam saat 23 radələrində Binəqədi rayonu, İsrafil Həşimov  küçəsində baş verib.

Naxçıvan Muxtar Respublikasının Şərur rayon sakini, 1995-cü il təvəllüdlü Tağıyev Həsən Mərdan oğlu aralarında yaranmış mübahisə zamanı Masallı rayon sakini, 1988-ci il təvəllüdlü Səfərov Emin Ehtiram oğlunu bıçaqlayaraq öldürüb. Dava E.Səfərovun yaşadığı evin qarşısında baş verib.

Faktla bağlı hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə tibb ekspertizası təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən H.Tağıyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net