Ana səhifə

Gömrük Komitəsindən narazı sahibkar Gəncədə özünü yandırdı

    Tarix: 19-06-2019 10:00   
 

Son vaxtlar Dövlət Gömrük Komitəsinin sahibkarlara, iş adamlarına qarşı apardığı qanunsuz əməllərlə bağlı mətbuatda kifayət qədər yazılar dərc olunur. Gömrük işçiləri ixrac olunan məhsulların laborator müayinəsini günlərlə gecikdirir və sahibkarları heç bir səbəb olmadan xeyli miqdarda cərimə ödəməyə məcbur edirlər.
Daha çox qanunsuzluq ixrac olunan məhsulların gömrük rüsumu ilə bağlı olur. Bir sözlə, DGK rəhbərliyi islahat adı altında iş adamlarını, obrazlı desək, “çarmıxa” çəkir. Bütün bunlar iş yerlərinin bağlanmasına, sahibkarların ciddi narazılığına səbəb olur.
Cumhuriyyet.az yerli mediada yaılan məlumata istinadən bildirir ki,iyunun 18-də səhər saatlarında DGK-nın qanunsuz tələblərindən bezən iş adamı Qərb Ərazi Gömrük Baş İdarəsinin ( Gəncə şəhəri ) qarşısında özünü yandırıb. Mənbənin məlumatına görə, həmin iş adamı mobil telefonların adapterinin ölkəyə idxalı ilə məşğul olurmuş. Hadisə ilə bağlı DGK-nın mətbuat xidməti ilə əlaqə saxladlq. Mətbuat xidmətinin əməkdaşı bildirdi ki, məsələni araşdırıb məlumat verəcəyik.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net