Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanlılar arasında kütləvi dava: biri öldü, meyitini gətirmək üçün pul yığırlar

5-08-2019, 11:00   
 

Ukraynanın Çernovets şəhərində ötən şənbə günü azərbaycanlılar arasında baş vermiş və bıçaqlanma ilə müşaiyət olunan kütləvi dava nəticəsində bir nəfər ölüb. Onun meyitini Azərbaycana gətirmək üçün həmvətənləri sosial şəbəkələrdə pul toplayırlar.

Virtualaz.org Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, ölən şəxsin 23 yaşı olub, o yaralı halda xəstəxanaya çatdırılsa da həkimlər həyatını xilas edə bilməyiblər.

 


Habelə qarın boşluğundan bıçaq zərbəsi almış daha bir azərbaycanlı xəstəxanaya çatdırılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə davada daha iki nəfər xəsarət alıb.

Faktla bağlı üç ayrı cinayət işi qaldırılıb. Dava iştirakçılarından biri saxlanılıb, ölən azərbaycanlının meyitini Azərbaycana gətirib dəfn etmək üçün isə sosial şəbəkələrdə pul yığırlar...

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar