Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

NARKOTİK VASİTƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ İLƏ MƏŞĞUL OLAN ŞƏXS SAXLANILIB

18-08-2019, 10:17   
 
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat
tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs
saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata
görə, daxil olmuş məlumat əsasında Tovuz RPŞ-nin əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz
dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı
Nizaməddin Tağıyev saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun üzərinə
qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 22 ədəd
bükülüdə ümumi çəkisi 15, 794 qram narkotik vasitə olan qurudulmuş marixuana
aşkar olunaraq götürülüb. Dindirilmə zamanı N. Tağıyev narkotik vasitəni özü
əkdiyini və 3 büküm və ya 1, 941 qramını həmkəndlisi İlqar adlı şəxsə satdığını
bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar