Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

DIN və polis rəisləri kimlərə müharibə elan edib? - Xətai polis rəisi barədə ilginc faktlar

14-09-2019, 08:37   
 



Xətai polis rəisi kimlərin axırına çıxmağa başlayıb? - bir İlqar Məmmədov dosyesi...
Azərbaycan polisi indi qardaşa qardaşdan daha etibarlıdır. Bir həyətin ortasında qardaş qardaşa bıçaq saplayır, ata oğulu baltalamağa qalxır və... o anda insanın yeganə güvənc yeri, xilaskarı yalnız polis olur, yanına qaçırsan.
Yaxud evinə oğru girəndə, kimsə səni hədələyəndə, gecə qapını şübhəli adam döyəndə, küçədə, yolda çarəsiz qalanda yenə dada qohum-qonşu deyil, polis çatır.
Həftə ərzində 7 gün, gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir. Bu, Azərbaycanda da belədir, dünyada da...
Gəlin etiraf edək ki, polis təkcə asayiş keşikçisi, cinayət işini araşdıran, əməliyyatçı deyil, həm də vətəndaşın onurğa sütunudur, onun inam mənbəyidir.
Ölkənin elə bir dövrü olmayıb ki, vətəndaş polisindən üz çevirsin, ona etimadı qalmasın, inamı dəfn olunsun.
Bəlkə hansısa ekologiya idarəsinə və ya təhsil ocağına, xəstəxanaya olan ümidimizi, inamımızı basdırmışıq ki, onlardan yaxşı müəllim, həkim çıxmaz, amma əsl polisə etibar itirilməyib.
Polisimizin gərgin əməyinin nəticəsidir ki, hazırda respublikamızda MDB və digər qonşu dövlətlərlə müqayisədə hər 100 min nəfərə düşən cinayətlərin sayı 40-50 faiz aşağıdır.
Hətta, cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ölkəmiz bəzi Şərqi Avropa, Amerika ölkələrini də qabaqlayır. Bu, birbaşa ictimai maraqlara söykənən sosial sifarişdir və məqsədyönlü dövlət siyasətinin nəticəsidir.
Elə bu səbəbdəndir ki, istərsə keçmiş Daxili işlər naziri Ramil Usubovun, istərsə yeni nazir təyin olunan DİN rəhbəri Vilayət Eyvazovun dövründə Azərbaycan vətəndaşının yenə də etimadı polisədir.
O da təsadüfi deyil, R.Usubovun xidmətlərinin, kadr dəyişikliklərinin, polisin peşəkarlaşmasının nəticəsidir ki, bu gün V.Eyvazov da DİN sisteminin içində prezidentin güvəndiyi ən yaxşı namizəd idi, onu nazir təyin elədi.
V.Eyvazovun DİN rəhbəri postunda qısa zamanda fəaliyyətinə diqqət edin: yaxşı kadrları irəli çəkir, onlara daha böyük və məsuliyyətli vəzifələr tapşırır.
Anaxeber.info məlumat verir ki, bu vəzifənin öhdəsindən layiqincə gələnlərdən biri də Bakının Xətai Rayon Polis Şöbəsini rəisi İlqar Məmmədovdur.
Bundan öncə Bərdə RPŞ-nin rəisi olan İ.Məmmədovun necə xidmət göstərməsini öyrənmək üçün rayon əhalisi arasında açıq şəkildə soğru keçirmək kifayətdir.
 


Elə bu günlərdə Xətai rayonunda mütəşəkkil qanunsuz dəstənin ifşa olunması və yaxalanması göstərir ki, İ.Məmmədov bu rayonda "meydan sulamaq" istəyən cinayətkarların axırına çıxmaq üçün gəlib, onları təmizləmək niyyətindədir.
Onun Bərdə RPŞ rəisi olduğu dövrdə rayon sakinləri təsdiqləyər ki, cinayətkarlığa, quldurluğa, narkotacirlərə qarşı polis necə amansız mübarizə aparıb.
İ.Məmmədovun rəhbərliyi altında Bərdə polisi cibgirlik, oğurluq, evlərin və ofislərin qarət olunması, quldurluq, dələduzluq, hədə-qorxu yolu ilə pul tələb olunması, mütəşəkkil cinayətkar dəstələrin yaradılması hallarına qarşı irimiqyaslı əməliyyatlar keçirmişdi.
Tez bir zamanda Bərdə canilərdən, narkotik alverçilərindən təmizlənməyə başlandı. Bu gün rayondakı sabitliyin, təhlükəsizliyin möhkəmlənməsində İ.Məmmədovun xüsusi əməyi olub.
İndi isə eyni missiyanı Xətai rayonunda həyata keçirməyə başlayıb. İ.Məmmədovun fəaliyyət və prinsipi ən kiçik cinayəti bağışlamamaqdır.
Belə demək olarsa, Xətai rayonunda İ.Məmmədovun qarşısında görülməli çoxlu işlər var və o, əhalinin və DİN rəhbərliyinin gözündə özünü bir daha doğrultmalıdır.
Gələn məlumatlar da artıq göstərir ki, Xətai polis rəisi təyin edildiyi aprel ayından bəri, yəni heç bir ili tamam olmayan müddətdə narkotiklə mübarizə sahəsində, cinayətkar dəstələrin ifşası, oğurluq hallarına qarşı əməli addımlar atıb, əməliyyatlar keçirilib.
Vətəndaşların polisdən incik və narazı salınması, nazirliyə şikayətlər göndərilməsi, müraciətlərə qarşı biganəlik İ.Məmmədovun gəlişi ilə kökündən yox edilmiş problemlərdir.
Xətai rayonunda hər bir şikayət və müraciət operativ araşdırılır, tədbir görülür, vətəndaşlar heç bir bürokratik əngəl olmadan, sadə bir insan olan İ.Məmmədovla görüşə, dərdini söyləyə bilirlər, o da öz növbəsində təkcə vəzifə sahibi kimi yox, dost olaraq hər bir vətəndaşın probleminə həssas yanaşır, laqeyd qalmır, lazımi tapşırıqlar verir.
Ümumiyyətlə, İ.Məmmədov işinə məsuliyyətli yanaşmasından əlavə, hər bir cinayət, hadisə ilə bağlı xüsusi maraqlanır. Çünki o, işinə kabinetdə oturmaq kimi baxmır, hər bir cinayət olayı onun üçün ciddi bir işdir. Eyni zamanda onun rəis olduğu rayonda quldurluq, narkomaniya, özbaşınalıq, hədə-qorxu, soyğunçuluq arta bilməz, bir sözlə kriminogen vəziyyət nəzarətdən çıxmamalıdır. İ.Məmmədov təhdid edilən, polisə sığınan, təhlükə ilə üzləşən və ya bıçaqlanan hər bir vətəndaşa öz doğması kimi baxır, məsələnin ciddiliyini dərk edir.
Bu mənada onun Xətai rayonundakı fəaliyyəti həm DİN rəhbərliyi, həm yerli sakinlər tərəfindən bəyənilir. Necə ki, Bərdə camaatı da İ.Məmmədovun başına and içirdi.
Ou da demək lazımdır ki, polis rəisi işləyərkən həm Bərdə, həm Xətaidə daima şəhid ailələrinə, köçkünlərə, aztəminatlı ailələrə xüsusi həssaslıq nümayiş etdirir, onların dərdinə  şərik çıxır, xeyir-şər məclislərində iştirak edir, xalqdan özünü heç vaxt kənar tutmur.
Bu da onun şəxsi keyfiyyətlərindən irəli gəlir. Bərdəlilər İ.Məmmədovun Xətai rayonuna təyinatı xəbərini eşidəndə məyus olmuşdular, bir dostun onlardan uzaq düşdüyünü qeyd etmişdilər.
Amma Bərdə cinayətkarlardan, narkotikdən xeyli dərəcədə təmizləndi, indi sevinmək növbəsi Xətai əhalisinindir...
Bütün dünyada ümumi fikir var: polis dövlətin və dövlətçiliyin əsas sütunlarından biridir.
Məsələn, amerikalı kinoaktyor Silvestr Stallone deyir ki, insanların təbiətcə xoşməramlı olduğunu düşünürsənsə, 24 saat polisi xidmətdən uzaqlaşdırın – görün nə baş verir.
Bir sözlə, polis olmaq böyük şərəfdir, həm də məsuliyyətlidir. O dövlətin, dövlətçiliyin və insanların keçiriyindədir. Polis məni, bizi, sizi, beləliklə də hamımızı qoruyur.
Ona görə də, biz də vətəndaş olaraq polisin şərəfli adını və qürurlu fəaliyyətini yüksək qiymətləndirməli, adına ləkə gətirilməsinə imkan verməməliyik.
[media=//www.youtube.com/watch?v=7Gr9y0JCJec]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar