Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Bir ananın fəryadı: “Gəncə Apelyasiya Məhkəməsininin hakimi Salman Hüseynov qatili azad etmək istəyir, pul haqqı yuyur”

4-10-2019, 08:33   
 
6 il öncə Bərdə rayonunda baş vermiş qətl hadisəsi hər kəsi kədərləndirdi. İki gənc, özü də bir biri ilə yaxın, ailələrinin də münasibətdə olduğu iki gəncin mübahisəsi tükürpədici ölümlə nəticələnmişdi. “KredAqro” bank olmayan kredit təşkilatının Bərdə filialında kredit mütəxəssisi vəzifəsində çalışan Anar Ələkbərov i.lədiyi bankdan müxtəlif şəxslərin adına kredit götürərək Tərtər Hərbi Məhkəməsində baş məsləhətçi işləyən uşaqlıq dostu Tural Şəfiyevə verib. Kreditin vaxtında ödənilmədiyi üçün dostlar arasında narazılıq yaranıb. Hər iki dost məsələnin həll edilməsi üçün 02 iyul 2013-cü il tarixdə saat 19:00 radələrində Bərdə rayonunun Ağalı kəndi ilə Hüseynbəyli kəndi arasında Yuxarı Qarabağ kanalının sağ sahilinə gələrək mübahisə ediblər. Bu zaman əvvəllər tanıdıqları Adil Bəbişov idarə etdiyi “ZİL-130” markalı avtomaşını ilə həmin yerdən keçərkən, mübahisəyə müdaxilə etmiş və Tural Şəfiyevlə birgə Anar Ələkbərova zərbələr endurərək onu qətlə yetirmişlər. Hadisədən bir neçə gün sonra Anar Ələkbərovun meyidi Qarabağ kanalından tapılmışdır.
Sözügedən cinayət işi üzrə məhkəmə prosesinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə Tural Şəfiyev 13 il 9 ay, Adil Bəbişov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər. Maraqlıdır ki, üstündən 6 il keçməsinə baxmayaraq bu qətl işi ilə bağlı hələ də məhkəmə prosesləri keçirilir. Belə ki, qətli törədən tərəf Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarından Gəncə Apelyasiya Məhkəməsinə şikayət etmiş şikayət təmin olunmamışdır. Bundan sonra Gəncə Apellyasiya Məhkəməsindən Ali məhkəməyə apellyasiya şikayəti verilib. Beləliklə artıq beşinci dəfədir ki, Ali Məhkəmə işi yenidən Gəncə Apelyasiya Məhkəməsinə qaytarır. Bu isə mərhumun yaxınlarında haqlı narahatlıq yaradır. Mərhum Anar Ələkbərovun anası Şövkət Ələkbərova bütün bu narahatlıqları ilə bağlı medi vasitəsi ilə ölkə rhbərliyinə müraciət edib.Ş.Ələkbərova bildirib ki, oğlu Anar Ələkbərov Tərtər Hərbi Məhkəməsində baş məsləhətçi işləmiş Tural Şəfiyev və onun tanışı Adil Bəbişov tərəfindən xüsusi amansızlıqla və əvvəlcədən planlaşdırılmış şəkildə qətlə yetirilib: “Tural yaxın qohumunun adına götürdüyü krediti vaxtında ödəməyib. Anar isə pulun vaxtında ödənilməməsinə irad bildirib. Nəticədə Tural və onun Adil adlı tanışı Anarı qəsdən və planlaşdırılmış şəkildə öldürüblər”.
Ş.Ələkbərovanın sözlərinə görə, Tural krediti vaxtında ödəməməklə Anarın işində problem yaradıb: “Anar Bakıda fəaliyyət göstərən bankların birində işə düzəlmək istəyirdi. Buna görə imtahan vermişdi. İmtahandan keçəndən sonra işdən çıxmaq üçün ərizə vermişdi. Lakin Turalın krediti ödəməməsi problem yaratdı. Anar isə krediti vaxtında ödəməyini istəyirdi.Turalla Anar uşaqlıq dostu olmayıb. Lakin biz qohumuq, mərhum həyat yoldaşımın Turalın atası və əmisi ilə yaxşı münasibəti olub. Buna görə də Anar qohumlar arasında problem yaratmamaq üçün məsələ ilə bağlı Turalın əmisinə və digər qohumlarına müraciət edib. Turalın əmisi problemi həll edəcəyinə söz verib. Hadisə baş verəndən sonra isə tamamilə iftira və yalan məlumatlar yayırlar. Hətta pul gücünə hər şey edə biləcəklərini, Turalı həbsdən azad etdirəcəklərini deyirlər. Anar yaxın qohumlarının adına kredit götürərək Turalla bölməyib”.
Ana deyir ki, Tural qətli əvvəlcədən planlaşdırıb: “2013-cü il, iyulun 2-də Anarın əmisi Niyazi Turalın əmisi Məhərrəmlə görüşərək ona Turalın kredit borcunu ödəmədiyi, bu səbəbdən da Anarın işlədiyi bankda rəhbərliklə problemi yarandığını bildirmişdi. Elə həmin gün Tural Anarı öz maşını ilə Hüseynbəyli kəndinin yaxınlığından keçən Qarabağ kanalının kənarına aparıb. Əgər onun öldürmək planı olmayıbsa, niyə başqa əraziyə yox, məhz öz kəndlərinin yaxınlığına, səssiz yerə, kanalın yanına aparırdı? Orada əvvəlcədən tanıdığı atasının sürücüsü Adil Bəbişovla birləşərək oğlumu amansızcasına qətlə yetirib və meyiti həmin su kanalına atıb. Anarın cəsədi Qarabağ kanalından iki gündən sonra çıxarılıb. Həkim-ekspertlər müəyyən ediblər ki, oğlum ağır zərbələr alaraq qansızma nəticəsində ölüb. İlkin istintaqda Tural Şəfiyev və Adil Bəbişov özləri törətdikləri cinayəti etiraf etmiş və birinin beşbarmaqla, digərinin isə yumruqla Anara zərbə yetirməklə öldürdüklərini bildirmişdirlər”.
Hələ məhkəmə hökmü zamanı zərərçəkənlər cinayətkarlara daha ağır cəza tələb etdiyi halda indi qarşı tərəf dəfələrlə Ali Məhkəməyə şikayət edərək işə yenidən baxılmasına nail olur. Bu günlərdə də iş təkrar baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib və prosesə hakim Salman Hüseynov təyin olunub. Maraqlıdır ki, sonuncu dəfə Ali məhkəmə Anar Ələkbərovun qəsdən öldürülməsini təsdiq edən məhkəmə-tibb ekpertizası qərarlarını, istintaq materiallarını nəzərə almayaraq bir meyityuyanın ifadəsi əsasında işi yenidən baxılması üçün geri qaytarıb. Bütün bunlar isə müəyyən şübhələr yaradır. Mərhumun anası Ş.Ələkbərova bildirir ki, qarşı tərəf qatilləri nəyin bahasına olursa olsun azad edəcəklərini açıqca bəyan edirlər: “Ola bilər, onların pulu çoxdur, tanışları çoxdur, amma bu ölkədə haqq ədalət var axı. Mən bir ana kimi, oğlumun atillərinin öz cəzalarını çəkməsini istəyirəm. Əgər pul, tanışlıq məhkəmələrə yol açacaqsa onda hansı ədalətdən söhbət gedə bilər?”. Onu da bildirək ki, həbsdə olan Tural Şəfiyevin atası Rasim Şəfiyev Bərdə rayonunun oliqarxlarından sayılır, Turalın qardaşı isə Bərdə rayon polisində çalışır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar