Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Vətəndaş çarəsiz qalıb: Nazirlik heç PA-nı da saymır

2-11-2019, 08:58   


Bakı Dairəvi Avtomobil Yolu layihələndirilərkən Binəqədi rayonu ərazisində mülkiyyəti tikinti sahəsinə düşən vətəndaş Zemfira İslam qızı Əliyeva ölkə başçısı İlham Əliyevə müraciət edib. Müraciətdə göstərilir ki, 6 il əvvəl onun xeyrinə çıxarılan məhkəmə qərarını dövlət orqanları hələ də icra etmirlər və o, bunun öhdəsindən gəlmək üçün nə edəcəyini, hansı ünvan üz tutacağını bilmir.

Belə ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası 21 sentyabr 2012-cİ ildə Z.Əliyevanın apellyasiya şikayətini qismən təmin edib. Şikayətçinin yazdığına görə, “1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 may 2012-cİ il tarixli qərarı qismən, 300.608 manat (əmlakın dəyərinin 20 faizi) kompensasiyanın ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində ləğv edilmişdir. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilmiş, iddia eyni hissədə qismən təmin edilərək, əmlakın dəyərinin 20%-i məbləğində kompensasiya kimi 221.576,8 manat cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Nazirliyindən tutularaq ərizəçiyə ödənilməsi, qərarın qalan hissədə – iddianın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə tamamilə, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə münasibətdə əmlakın dəyərinin 20%-i məbləğində kompensasiya kimi 79.031,2 manatın və 13,7 sot torpaq sahəsinin dəyəri kimi 395.160 manatın ödənilməsi tələblərinin rədd olunması hissələrində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Lakin bu qərar 6 ildən çoxdur ki, icra olunmur”.

Z.Əliyeva yazır ki, bu müddətdə döymədiyi qapı qalmayıb. Prezident Administrasiyası qərarın icrası ilə bağlı Maliyyə Nazirliyinə məktublar da göndərib, lakin bunun da nəticəsi olmayıb. Vətəndaş qeyd edir ki, Maliyyə Nazirliyi qarşısında bu qanunsuzluğa etiraz olaraq piket keçirtmək istəsə də, Bakı şəhər İcra hakimiyyəti buna icazə verməyib. İndi o, hüquqlarını necə qoruyacağını bilmir. “Çünki məmurlar rəsmən qanunları pozurlar”. Şikayətçi ölkə başçısından işi öz nəzarətinə götürməyi xahiş edir. 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar