Ana səhifə

Azərbaycandan Avstraliyaya 5.6 milyonluq narkotik maddə aparıldığı iddia olunur

    Tarix: 24-11-2019 09:54   
 
Narkotik maddənin pərdənin içərisində aparıldığı bildirilir
Azərbaycandan Avstraliyaya 5.6 milyon dollar dəyərində “metamfetamin” aparan şəxs məhkəmə qarşısına çıxacaq. “The Sydney Morning Herald” polisə istinadən məlumat yayıb. Sayt xəbər verir ki, Azərbaycandan Sidney hava limanına sentyabr ayında beş pərdə göndərilib.
Avstraliya Sərhəd Qüvvələri nümayəndələri paketi açıb və hər pərdənin içərisində bağlı şəkildə “metamfetamin” aşkar edilib.
“Hər pərdədə yumşaq materialın içərisinə bükülmüş təxminən 1,5 kiloqram narkotikin olduğu aşkar edilib,” - NSW polisi mediaya açıqlamasında bildirib.
Polis deyir ki, tapılmış 7,5 kiloqram maddə 5.6 milyon dollar dəyərindədir.
Çatdırılmadan iki həftə sonra Fairfield Local Area-dən olan polis Vederil (Wetherill) Parkında yerləşən Hallstromda bir ünvanda yaşayan 48 yaşlı Arta Zahedini həbs edib.
O, ticari miqdarda narkotik idxalında ittiham olunub.

Müəlliflər: Meydan TV

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net