Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Xanım jurnalistin “Azərittifaq” şefi olan alternativi seçiciləri hədələdir

18-01-2020, 10:47   
 

28 Saylı Sabunçu III Seçki Dairəsindən deputatlığa namizəd, tanınmış jurnalist SÜLEYMANLI AYGÜN YUNİS QIZI (Aygün Muradxanlı) seçkidəki alternativi “Azərittifaq” şefi Eldar Quliyev tərəfindən seçki qanunlarının kobud şəkildə pozulduğunu bildirib. Azinforum.az jurnalistin fikirlərini təqdim edir:”Biz seçici ilə görüşürük, vətəndaşı ölkədə dəyişiklik olduğuna inandırırıq, fəallığa dəvət edirik, rəqibimiz “Azərittifaq” şefi Eldar Quliyev və muzdluları təbliğat videolarımızı, “votsap” statuslarında, “Facebook”da paylaşan seçicilərə zəng edib hədələyir ki, paylaşımları dayandırın, hamısını silin. İnsanlara açıq hədə-qorxu gəlirlər.

Köhnə təfəkkürlü bu adamlarla sivil seçki mübarizəsi faktiki mümkün deyil. Onları prosesdən uzaqlaşdırmağın tək yolu faktları sistemləşdirib, namizədliklərinin ləğv edilməsi üçün MSK sədrinə müraciət etməkdir.

Bu üçüncü xəbərdarlıq idi. Sizə dedik ki, sabotajla məşğul olmayın!!! Qanunların və dövlət başçısının iradəsinin əleyhinə getməyin bir bədəli olmalıdır, olacaq!!!”

Azinforum.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar